"Azərbaycanın hüququ var ki, Qərbi Zəngəzuru tələb etsin" Siyasət

"Azərbaycanın hüququ var ki, Qərbi Zəngəzuru tələb etsin"

Ermənistan hakimiyyəti post-münaqişə dövrünü qəbul etmək istəmir. davranışlarından aydın olur ki, N.Paşinyan Rusiyanın təlimatı ilə vəziyyəti mürəkkəbləşdirməyə çalışır.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə bildirib.

Politoloq qeyd edib ki, Azərbaycan tərəfi yüksək səviyyədə Ermənistanla ikitərəfli danışıqlara hazır olduğunu qeyd edib: "Qarşı tərəfə mesajlarını verir. Amma, Ermənistan rəhbərliyi vəziyyəti gərginləşdirən açıqlamalar verərək, delimitasiya və demarkasiya posesinə mane olur. İlk növbədə Azərbaycanın ərazi bütövlüyünü qəbul etmək niyyətində deyil. Belə olan təqdirdə Azərbaycan da Ermənistanın ərazi bütövıüyünü qəbul etməməli, Qərbi Zəngəzuru tələb etməlidir. Çünki, Qərbi Zəngəzur Azərbaycanın tarixi ərazisi olmaqla yanaşı 1918-ci il Azərbaycan Cümhuriyyətinin ərazisi olub. SSRİ qanunsuz olaraq bu əraziləri Ermənistan SSRİ-yə verib. Ona görə də Azərbaycanın hüququ var ki, Qərbi Zəngəzuru tələb etsin. Ermənistanın ərazi bütövlüyünü tanımasın".

Cavid