“Bakı ilə güc dilində danışması bumeranq effekti verə bilər” Siyasət

“Bakı ilə güc dilində danışması bumeranq effekti verə bilər”

Əli Orucov: “Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlıq ən yüksək səviyyədə olmalıdır”

“İranın Azərbaycanı təhdit etməsi yeni deyil. Biz İrandan bu kimi addımları dəfələrlə görmüşük. İstər rəsmi, istər qeyri rəsmi şəxslərin dilindən də hədə qorxu bəyanatları da Xəzər üzərindən hava məkanımıza soxulan təyyarələri də eşitmiş və görmüşük”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Əli Orucov deyib. O, diqqətə çatdırıb ki, rəsmi Tehran bu günədək də Azərbaycanı felən suveren dövlət kimi qəbul etməyib: “Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsini də güc nümayişi kimi qəbul edirəm. İran nə öz konstitusiyasına, nə beynəlxalq hüquq normalarına nə də Azərbaycanın da üzv oldu İslam Əməkdaşlıq Təşkilatının prinsiplərinə qətiyyən əməl etmir. Əksinə hər vəhclə Azərbaycanı sıxışdırmağa özünün vassalına çevirməyə can atır. Bu məqsədinə çatmaq üçün şeytanla da əməkdaşlıq etməyə hazır görünür. Daha doğrusu erməni kimi şeytanla hərtərəfli əməkdaşlığı var. İran həm də Azərbaycan-Türkiyə əlaqələrinin daha da dərinləşməsinə təkcə qısqanclıqla yanaşmır, hətta bundan qıcıqlanır”.
Politoloq bildirib ki, bunun bir səbəbi iki qardaş dövlətin birlikdə regionda əsas güc sahibinə çevrilməsi ilə yanaşı gələcəkdə Güneydəki milli oyanışın və milli hərəkatın geniş vüsət alan biləcəyindən doğan qorxudur: “Amma İran hər nə qədər əzələ nümayiş etdirsə və Azərbaycanı təhdit etməyə çalışsa da bu mənasızdır. Əksinə, bu addım İran-Azərbaycan münasibətlərinə kölgə sallr. Türkiyə və Pakistan kimi müttəfiqləri olan Bakı ilə İranın güc dilində danışması və sərhəddə hərbi təlimlər keçirməsi mənasızdır. İran əvvəlki kimi özbaşınalıq prinsipi ilə hərəkət edə bilmir. Bütün bunlar fars molla rejimini əsəbləşdirir, özündən çıxarır. Amma ehtiyatı da əldən vermir. Çünki qorxur ki Bakı ilə hərbi güc dilində danışması bumeranq effekti verə bilər. Ona görə də İran nə istəyir etsin Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlıq ən yüksək səviyyədə olmalıdır. Azərbaycan ordusu NATO standartlarına cavab verən bir orduya dönüşməlidir. Bizim təhlükəsizliyimiz bunu diqtə edir”.

Əli