Müsavatda söz “davası” davam edir Siyasət
"Mustafa Hacıbəyli yenə öz ampulasındadır, yəni, öz şər maşınını işə salıb". Bunu Müsavat Partiyası Sabunçu rayon təşkilatının sədri Rövşən Dəmirli partiyanın Məclis üzvü Mustafa Hacıbəylinin onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
O qeyd edib ki, rayon təşkilatı hələ qurultaydan qabaq Arif Hacılı İcra Aparatının rəhbəri olanda hər ay rayon təşkilatlarına təyin edilmiş üzvlük haqqının bir ilini qabaqcadan ödəyib: "Qaldı ki, sədrlik məsələsinə artıq konfransa hazırlıq üzrə təşkilat komitəsi yaradılıb və yaxınlarda rayon təşkilatı öz konfransını keçirəcək. Yaxşı olar ki, illərlə konfrans keçirməyən, lakin sizin orbitinizdə fırlanan rayon təşkilatlarının sədrlərinə də bu iradları bildirəsiniz. Amma bunu eləməyə riskiniz çatmır, qorxursunuz ki, təşkilat sizin sözünüzü deməyən adamların əlinə keçər".
M.Hacıbəyli isə hesab edir ki, dediyi hər söz təkzib edilməz faktdır: "Əgər vəzifədən sizin kimi, dörd əlli yapışan başqa da, kimsə varsa, açıq deyin bilək. Biz Müsavatın orbitindəyik. Sizin kimi, kölgədən kölgəyə gəzən, daim bir ayaq geri qoyan və gündə birinin orbitinə düşənlərin eyiblərini bəzən ört-basdır etmişik... "Müsavatçının yaxşısı da, pisi də, bizimkidir" prinsipilə susmuşuq. Amma, bir halda ki, kimsə hər nəfəsində Müsavata zərbə vurmağa çalışır, niyə susmalıyıq?"
Əli