"Təəssüf ki, təbiətimizə vurulmuş bəzi zərərlər var ki, onları aradan qaldırmaq mümkün deyil" Siyasət

"Təəssüf ki, təbiətimizə vurulmuş bəzi zərərlər var ki, onları aradan qaldırmaq mümkün deyil"

Azərbaycan torpaqlarının işğaldan azad olunması ərazi bütövlüyümüzün bərpası, təhlükəsizlik və ekoloji tarazlığın əldə edilməsi baxımından çox əhəmiyyətlidir. İşğaldan azad edilmiş hər bir ərazimiz Azərbaycan xalqı və dövləti üçün xüsusi səciyyəvi məna daşıyır.

"Xalq Cəbhəsi" xəbər verir ki, bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetka və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Cəbrayıl rayonun işğaldan azad edilməsinin ildönümünü şərh edərkən bildirb.

S.Qurbanov: ”Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşən Cəbrayıl rayonu həmçinin cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəd olması starteji baxımdan mühüm siyasi əhəmiyyət daşıyır. Coğrafi baxımdan əsasən dağlıq ərazilərdən ibarət olan Cəbrayıl rayonu özünəməxsus flora və faunaya malik olmaqla təbiət abidələrinin mövcudluğuna görə də xüsusi çəkiyə malikdir. Bu sırada işğalından əvvəl rayonda yaşı 400-1700 ili əhatə edən, diametri 60/800 sm olan 14 təbiət abidəsi hesab olunan qədim ağaclar işğal zamanı tamamilə məhv edilmişdir. 96 kəhriz və çox sayda bulaqların da böyük bir hissəsi dağıdılmış məhv edilmişdir.

Meşə fondunun zənginliyi ilə seçilən Cəbrayıl rayonun ərazisində palıd, vələs, şah çinar, fısdıq, qovaq ağacları ilə zəngin olan 4629 hektar meşə fondunun 2319,7 hektarı məhv edilmişdir. Qeyri meşə fonduna aid olan 409 (yol və çay qırağı və.s) ədəd ağac məhv edilmiş. Həmçinin faydalı qazıntılarla zəngin 26 mineral xammal yataqlarından 13 qanunsuz olaraq istismar edilməklə həm iqtisadiyatımıza həm də Azərbaycanın zəngin flora və faunasına ciddi zərbə vurulmuşdur”.

Komitə sədri daha sonra bildirib ki, vaxtilə ermənilər işğal etdikləri ərazilərdə ekoloji vandalizm və soyqırım həyata keçiriblər. Hökümətin qarşısında duran ən ümdə vəzifə ekoloji tarzlığın bərpa edilməsi məqsədi ilə ərazilərin yaşıllıq zonalarının yenilənməsi olduğunu bildirən S.Qurbanov onu da xüsusi ilə vurğulayıb ki, təəssüf ki, təbiətimizə vurulmuş bəzi zərərlər var ki onları aradn qaldırmaq mükün deyil.

Onun sözlərinə görə Cəbrayıl rayonu ərazisində Azərbaycanın dövlət reyestrinə daxil edilmiş təbiət abidələrinin məhv edilməsi aradan qaldırılması mükün olmayan vəhşilikdir. S.Qurbanov hazırda həmin ərazilərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən monitorinqlərin davam etdiyini və ərazinin zəngin təbiətinə vurulmuş zərərin dəqiqləşdirilməsi istiqamətində iş aparıldığını bildirib.

Cavid