“Cənab Prezident revanşistlərə növbəti dəfə dəmir yumruq endirdi”–Tural İsmayılov Siyasət

“Cənab Prezident revanşistlərə növbəti dəfə dəmir yumruq endirdi”–Tural İsmayılov

“Dövlət başçısının Suqovuşandan verdiyi mesajlar düşmənə görk olmalıdır”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirib. Politoloq diqqətə çatdırıb ki, Azərbaycan Prezidentinin Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaltmasının rəmzi mənası çox böyükdür: “Suqovuşan azad olunan ilk qəsəbələrdəndir. Dövlət başçısının işğaldan azad olunan qəsəbənin ilk günündə ucaltdığı bayraq daim o torpaqlarda var olacaq və xalqımızın qələbə keçmişini daim ona xatırladacaq. 2020-ci il oktyabrın 3-də Suqovuşan qəsəbəsinin işğaldan azad olunması, Azərbaycan Ordusunun gücü, əskər və zabitlərimizin qəhrəmanlıq dastanlarının fraqmentini təşkil edir. Çətin və strateji əhəmiyyətinə görə böyük önəmə malik Suqovuşanın və Talış kəndinin işğaldan azad olunmağından sonra Cəbrayıl işğaldan azad olundu. Suqovuşan, Talış və Cəbrayılın işğaldan azad olunmağı ilə xalqımızın və ordumuzun özünə olan inam və gücü daha da möhkəmləndi. Ölkə əhalisi ali baş komandanın ətrafında birləşərək növbəti qələbələrə fokuslandı. Eyni zamanda düşmən ordusunun gözü qorxdu və ordumuz qarşısında nə qədər aciz olduqlarını praktiki olaraq anladılar. Suqovuşan su anbarına nəzarətin təmin edilməsi Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonların su təminatı probleminin həllində əhəmiyyətli irəliləyişə nail olmağa səbəb oldu. Eyni zamanda erməni terrorçuların Suqovuşanda ekoloji terror törətməyi ortaya çıxdı. AŞPA kimi nüfuzlu təşkilatda nizim təşəbbüsümüzlə məruzə qəbul edildi ki, bu da erməni faşizminin növbəti ifşasıdır. Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlinin qoyulması, bunun əsasında Azərbaycanın qısa müddətdə işğaldamn azad olunmuş ərazilərdə müasir yol infrastrukturunun formalaşdırılmasının tezliklə yekunlaşacağını söyləməyə əsas verir.”
Ekspert bildirib ki, Prezidentin işğaldan azad edilən ərazilərə hər səfəri müstəsna əhəmiyyətə malik olur və regional siyasi gündəmin formalaşmağına təsir edir.

Əli Zülfüqaroğlu