“HƏMAS-a dəstək regionda gərginliyi artırır”
19 Dekabr 22:46
19 Dekabr 22:46
19 Dekabr 22:24
19 Dekabr 22:18
19 Dekabr 14:16
8 Oktyabr 2021 08:36
2 583
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Vətən müharibəsinin xronikasını təqdim edirik.
- Müdafiə Nazirliyi bildirib ki, səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam rayonlarının kəndlərini artilleriya atəşinə tutur, ölən və yaralananlar var. Ermənistanın Gəncə şəhərinə raket zərbələri endirməsi nəticəsində bir neçə mülki obyektə, 1 avtomobilə və bir neçə yaşayış binasına maddi ziyan dəyib.
- Sosial şəbəkədə azərbaycanlı əsir kimi təqdim olunan şəxsin erməni olduğu müəyyən olunub.
- Müdafiə Nazirliyi Ermənilərin Horadizdə atıb qaçdıqları hərbi texnikaların görüntülərini yayıb. Düşmənin atıb qaçdığı növbəti hərbi texnikaların görüntüləri yayılıb.
- Bərdə "Toçka-U" kompleksindən atəşə tutulub, Ermənilərin atdığı raket Bərdədə restorana və məktəbin yaxınlığına düşüb, 7 nəfər yaralanıb. Düşmənin Bərdə və Tərtəri atəşə tutan “Qrad”ı məhv edilib
- Müdafiə Nazirliyi düşmənin zirehli texnikasının məhv edilməsi görüntülərini yayıb.
- Goranboyda ermənilər tərəfindən atılmış 10 ədəd raket aşkarlanıb
20 Dekabr 11:26
1 330
19 Dekabr 18:44
1 582
19 Dekabr 17:46
1 624