22 Dekabr 16:47
22 Dekabr 16:09
22 Dekabr 12:44
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Ərgüc Kələntərli ilə görüşüb
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi yol qəzasında ölüb
Gələn ildən Türkiyə və Ermənistan arasında aviareyslərin sayı artırılır
Budanov ABŞ-ın planı üzrə sülhə nail olmaq perspektivlərini nikbin qiymətləndirir
24 Noyabr 2021 19:21
3 682
Ermənistan İrəvanın memarlıq simasını tamamilə dəyişib, İrəvan qalasının izini silib. Orada yalnız Göy məscid qalıb.
Bunu Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundov "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Ermənistanda 850 bina dağıdılıb.
"Ermənilər dünyaya car çəkir ki, Yerevan qədim şəhərdir, amma tarixi yerlə bir ediblər. 2000 toponimi tamamilə dəyişdiriblər. Ermənilərin törətdikləri dünyada görülməyən vəhşiklərdir. Onlar Azərbaycan mədəniyyətinin bütün izlərini silmək istəyirlər. Bütün Alban kilsələrini erməniləşdirməyə çalışıblar” - deyə, F.Axundov bildirib.
Dövlət rəsmisi qeyd edib ki, ermənilər işğal dövründə də Azərbaycan ərazilərini dağıdıb satıblar. "Cənab Prezident İlham Əliyevin dediyi kimi, ermənilər bizim tarixi köklərimizi, izimizi silmək istəyirdilər. Hətta İkinci Dünya Müharibəsindən sonra da biz belə dağıntılar görməmişdik. O zaman olan dağıntılar şiddətli döyüşlərin nəticəsində baş vermişdi. Biz bu erməni vəhşiliklərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq" - deyə, F.Axundov əlavə edib.
22 Dekabr 21:39
980
22 Dekabr 20:49
1 036
22 Dekabr 19:01
1 099