Prezident Aleksis Şahtaxtinskini qəbul edib Siyasət

Prezident Aleksis Şahtaxtinskini qəbul edib

Prezident İlham Əliyev iyunun 3-də ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinskini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. İlham Əliyev Aleksis Şahtaxtinskinin Azərbaycan-ATƏT əməkdaşlığının inkişafına verdiyi töhfəni yüksək qiymətləndirərək ötən dövr ərzində həyata keçirilən layihələrin yaxşı nəticələr verdiyini vurğulayaraq ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski fəaliyyəti dövründə təmsil etdiyi qurum ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı və eləcə də ölkəmizin rifahı naminə səylərini əsirgəmədiyini vurğulayıb.