Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
6 Fevral 2022 12:20
3 507
Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Ukrayna arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Ukrayna Prezidenti Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb.
Dövlətimizin başçısı məktubunda diplomatik əlaqələrimizin otuz illik tarixə malik olsa da, xalqlarımızın əsrlərdən bəri davam edən dostluq və əməkdaşlıq ənənələrinin mövcud olduğunu bildirib. Qeyd edib ki, məhz bu möhkəm təməllər üzərində qurulmuş münasibətlərimizin hazırkı səviyyəsi və gündən-günə genişlənməsi xüsusi məmnunluq doğurur.
“Sevindirici haldır ki, bu illər ərzində qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş, siyasi, iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlığımızın əhatə dairəsi genişlənmişdir. Bu gün apardığımız yüksək səviyyəli siyasi dialoq, çoxsaylı qarşılıqlı səfərlər, imzalanmış sənədlər, həyata keçirilən birgə layihələr, o cümlədən Hökumətlərarası Komissiyanın uğurlu fəaliyyəti əməkdaşlığımızın yeni istiqamətlərinin müəyyən edilməsində mühüm rol oynayır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Dövlətimizin başçısı birgə səylərlə Azərbaycan-Ukrayna əlaqələrinin bundan sonra da möhkəmlənməsinə və genişlənməsinə nail olunacağına əminliyini ifadə edib.
25 Oktyabr 22:16
1 638
25 Oktyabr 15:27
1 631
25 Oktyabr 10:20
1 715