Bəzi yerlərdə qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Bitkiçilik sahəsində dövlət dəstəyinin auditinin nəticələri açıqlanıb
Azərbaycanın yaşıl enerji siyasətində yeni mərhələ: “Xızı–Abşeron” KES nəyi dəyişəcək? - TƏHLİL
İnvestisiya şirkətlərinin dövriyyələrinin həcminə görə renkinqi - 2025
Ötən il 1 ton 824 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
18 Fevral 2022 15:39
4 361
Milli Məclisin deputatı Sevil Mikayılova Xocalı soyqırımına həsr olunmuş tədbirlərdə iştirak etmək üçün fevralın 19-da İsrailə səfər edəcək.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, “Xocalıya ədalət” kampaniyası çərçivəsində “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə keçirilən mərasimlərə İsrail Knessetinin deputatları, şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri qatılacaqlar.
Tədbirlərdə Xocalı soyqırımı nəticəsində həlak olan insanların xatirəsi anılacaq, erməni silahlı qüvvələri tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilən bu qətliam barədə məlumat veriləcək, faciəni əks etdirən sənədlər təqdim olunacaq.
Səfər çərçivəsində deputatımızın İsrail parlamentində Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşü nəzərdə tutulub.
Səfər fevralın 23-də başa çatacaq.
15:48
651
15:40
609
15:26
658