Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək
“Pirqulu Park” hotelində 600 nəfərlik konqres binası yaradılıb - FOTO
Ayxan Hacızadə Fransanın Azərbaycana səyahət xəbərdarlığını qətiyyətlə pisləyib
Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
Türkiyə və İtaliya şirkətləri yeni zirehli texnikanın sınaqlarını başa çatdırıb
25 Fevral 2022 08:56
3 850
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi Twitter hesabında azərbaycanlıların Xocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarlığı barədə paylaşım edib.
Prezidentin köməkçisi Edillinin azərbaycanlı əsirlər üçün işgəncə düşərgəsi kimi istifadə olunduğunu vurğulayıb.
“Şahidlərin sözlərinə görə, bir zamanlar işğal altında olmuş Edilli kəndində keçmiş azərbaycanlı əsirlərin kütləvi məzarlığı müəyyən edilib. Edilli erməni qüvvələri tərəfindən azərbaycanlı əsirlər və dinc əhali üçün konslager/işgəncə düşərgəsi kimi istifadə edilib. Birinci Qarabağ müharibəsindən hələ də 4 000 azərbaycanlı itkin düşmüş hesab edilir”, - Hikmət Hacıyev bildirib.

.jpg)


