QHT anlayışı və bu sahədəki qanunvericilik Layihə

QHT anlayışı və bu sahədəki qanunvericilik

Azərbaycanda "3-cü sektor" nə tələb edir?

(əvvəli ötən sayımızda)

Qeyri-hökumət təşkilatlannm bir neçə növləri mövcuddur. Qüvvədə olan qanunvericiliyin təhlili nəticəsində QHT-ləri təşkilati-hüquqi formasına, fəaliyyət müddətinə, ərazisinə və üzvlüyünə görə ayırırlar. "Qeyri-hökumat təşkilatlan (ictimai birliklor vo fondlar) haqqında" qanunun 4-cü maddəsinə əsasən QHT-lər istənilən təşkilati-hüquqi formada təsis oluna bilər. Bununla belə, qanun QHT-lərin 2 təşkilati-hüquqi formasını fərqləndirir: ictimai birlik və fond. Mülki Məcələdə isə digər bir növ isə hüquqi şəxslərin ittifaqları sayılır. Bununla qüvvədə olan qanunvericilik təşkilati-hüquqi formasına görə QHT-lərın 3 əsas növünü nəzərdə tutur:
1. İctimai birlik,
2. Fond,
3. Hüquqi şəxslərin ittifaqları.
İctimai birlik təsis sənədlərində müəyyən olunmuş məqsədlərilə ümumi maraqlar əsasında birləşmiş bir neçə fıziki və hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarə edən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən QHT-dir.
Fond - üzvləri olmayan, bir və ya daha artıq fıziki şəxs tərəfindən könüllü əmlak haqqı əsasında təsis edilən və sosial, xeyriyyə, mədəni, təhsil və digər ictimai faydalı məqsədlər güdən QHT-dir.
Hüquqi şəxslərin ittifaqları kommersiya təşkilatlarının ozlərinin sahibkarlıq fəaliyyətinin əlaqələndirilməsi, ümumi əmlak mənafelərinin təmsil və müdafiə edilməsi, habelə qeyri- kommersiya təşkilatlarının özlərinin fəaliyyətlərinin əlaqələndırilməsi üçün yaratdıqları, üzvlüyü olan QHT-dir. İttifaqın iştirakçıları özlərinin müstəqilliyini və hüquqi şəxs statusunu saxlayırlar.
Təcrübədə QHT-lərin federasiya, assosiasiya, hərəkat, cəmiyyət, birlik, mərkəz, klub, institut və başqa formaları da yaradılır. Mahiyyət etibarilə onlar təşkilati-hüquqi forma baxımından ictimai birliyin (mərkəz, cəmiyyət və s.), yaxud da hüquqı şəxslərin ittifaqının (federasiya, assosiasiya) və müxtəlifliyi hesab oluna bilər.
Qüvvədə olan QHT qanunvericiliyinin 5-ci maddəsinin əsasəlı QHT-lər daimi əsaslarla və ya konkret məqsədlərə nail olmaq üçün təsis oluna bilərlər.
Bir qayda olaraq əksər QHT-lər daimi əsaslarla yaradılır. Lakin müvəqqəti əsaslarla yaradılan QHT-lər əsasən hüquq müdafiə komitələridir. QHT-ləri həm də ərazisinə görə fərqləndirirlər və onların növü mövcuddur;
1. Ümumazərbaycan,
2. Regional,
3. Yerli,
4. Beynəlxalq.
QHT qanunvericiliyinin 6.1 -ci maddəsində nəzərdə tutulur ki, Azərbaycanda QHT-lər ümumazərbaycan, regional və yerli statusla təsis olunur və fəaliyyət göstərirlər. QHT-nin fəaliyyət ərazisi təşkilat tərəfindən müstəqil müəyyən olunur.
Fəaliyyəti Azərbaycanın bütün ərazisinə şamil edilən QHT-lər ümumazərbaycan statuslu hesab olunurlar. Fəaliyyəti Azərbaycanın iki və ya artıq inzibati ərazi vahidini əhatə edən QHT regional, yalnız bir inzibati ərazi vahidinin çərçivəsində fəaliyyət göstərən QHT-lər yerli statusa malikdirlər.
Beynəlxalq QHT-lər – fəaliyyəti ən azı başqa bir xarici dövlətin ərazilərini də əhatə edən təşkilatlardır. Üzvlüyünə görə isə QHT-lərin 2 növü vardır: üzvlüyü оlan və üzvlüyü olmayan. Üzvlüyü olan QHT-lərə ictimai birliklər, üzvlüyü olmayanlara isə fondlar daxildir.
QHT haqqında qanunvericilikdə təsbit olunduğu kimi QHT-lər gəlir əldə etmək məqsədilə həm ölkə daxilində, həm də ölkə xaricində ölkə qanunvericiliyi ilə qadağan olunmayan sahibkarhq fəaliyyəti ilə məşğul ola bilər. Lakin burada bir şərt var və bu şərtə hökmən əməl edilməlidir. Yəni QHT yalnız о halda sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər ki, о yaradılması zamanı qarşısına qoyduğu məqsədlərə xidmət etsin.
"Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar haqqında" qanunun 22.2-ci maddəsində nəzərdə tutulur ki, QHT-lər əldə edilmiş gəliri təsisçiləri (üzvləri) arasında bölüşdürməyərək, yalnız təşkilatın yaradılması məqsədlərinə nail olmağa yönəldilmiş sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlər. Belə fəaliyyət kimi QHT-nin yaranma məqsədlərinə cavab verən, mal və əmtəə istehsalı və satışının təşkili xidmətləri göstərilməsi, habelə qiymətli kağızların, əmlak və qeyri-əmlak hüquqlarının əldə edilməsi, əmanətçi kimi təsərrüfat cəmiyyətlərində, ortaqlıqlarda iştirakı qəbul edilir.
"Qrant haqqında" qanuna əsasən qrant humanitar, sosial və ekoloji layihələrin, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, dövlət və qeyri-hökumət təşkilatı üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün nəzərdə tutulmuş qaydada göstərilən yardımdır. Qrant konkret fəaliyyət üçün ayrılır.
QHT-lər qrant alan zaman aşağıdakılara diqqət yetirməlidir:
- Qrant almaq üçün QHT donorlara yazılı şəkildə müraciət edir. Bir qayda olaraq qrant verən fondlann sənədlərində müraciətin daha məqsədəuyğun forması verilir. Bəzi fondlar həmin müraciət formasının tələblərinə tam cavab verən ərizənin təqdim edilməsini tələb edirlər, digər hissəsi isə ilkin olaraq layihənin qısa şərhi və icrası barədə məlumatları özündə əks etdirən məktub (Letter of inguiru) almağa üstünlük verirlər.
Məktub aşağıdakı tələblərə cavab verməlidir: konkret olmalıdır, fonda müraciət etmə səbəbi göstərilməlidir, layihənin zəruriliyi əsaslandırılmalı və problemin mahiyyəti müəyyən edilməldir, layihənin həll edəcəyi problem haqqında qısa məlumat verilməlidir, layihənin vəzifələri, nəticələri, yerinə yetirilmə metodları, üsulları və qiymətləndirmə barədə aydın məlumat verilməldir, sizin təşkilatın bu layihəni yerinə yetirməsində məqsədi, fəaliyyətiniz və üzvlərinizin təcrübəsi haqqında məlumat olmalıdır. Məktub ilə tanışlıqdan sonra fond maliyyələşmə üçün ərizə və ya rədd cavabı göndərə bilər.
Qeyd edək ki, hər bir fondun öz ərizə forması var və bu şərtdir ki, QHT ona uyğun müraciət hazırlasın. Bir qayda olaraq ərizə aşağıdakı hissələrdən ibarət olur:
Layihənin adı - layihənin adı konkret göstərilməli və həmin məzmununa uyğun olmalıdır. Problemin qoyuluşu - burada layihənin həyata keçirilməsi zərurətini ortaya çıxaran amillər və faktlar göstərilməli və əsaslandırılmalıdır. Həmçinin statistik məlumatlar da göstərilməlidir. Problemin mövcudluğunun sizin təşkilat tərəfindən necə müəyyən olduğu (sorğu yolu ilə ümumi məlumata əsasən və s.) da göstərilməlidir.
Layihənin məqsədi - məqsəd müraciət edən təşkilatın nizamnamə məqsədləri ilə uyğun gəlməlidir. Layihənin müddəti - layihənin başlayacağı və bitəcəyi günlər göstərilməlidir. Layihənin benefısiantları - bunlar layihədən bəhrələnəcək şəxslərdir ki, sizin onları necə müəyyənləşdirdiyiniz, seçdiyiniz, yaş həddi və s. göstərilməlidir. Gözlənilən nəticələr - bu layihə nəticəsində əldə olunacaq konkret nəticələr göstərilməlidir. Təklif olunan metodlar - hansı işlərin görülməsi metodları göstərilməlidir. Layihənin iş planı - sxem şəklində olan bu bənddə görüləcək işlər xronoloji ardıcıllıqla düzülməli və icra vaxtları qeyd olunmalıdır. Layihənin büdcəsi - konkret və məqsədli şəkildə tərtib olunmalı, hər bir tələb olunan xərclər ayrı-ayrılıqda sxemlə salınmalıdır. Büdcəyə avadanlıqların alınması, xidmətləri göstərilməsi, nəşriyyat xərcləri, əmək haqları, ezamiyyə xərcləri, yol xərcləri, kommunikasiya xərcləri, icarə və maddələr daxildir.
Layihəniıı monitorinqi və davamlılıq amili - bu layihənin icrası sona çatdıqdan sonra benefısiantlarla nə iş görüləcəyi barədə və bu işlərin görülməsi üçün hansı imkanların olması haqda yazın. Layihənin monitrinqi isə donorla ümumi razılıq əsasında müəyyənləşdirilir. Layihənin qiymətləndirilməsi - layihəni necə, nə vaxt və kimlər arasında qiymətləndirəcəyiniz haqda qeyd edin.
QHT-lərin məsuliyyəti bütün hüquqi şəxslər üçün ümumi olan məsuliyyət müəyyən edən normativ hüquqi aktlarda (İnzibati Xətalar Məcəlləsi, sahibkarlıq fealiyyətinin bəzi növlərinin lisenziyalaşdırılması ilə bağlı normativ hüquqi aktlar və s.) göstərilir. Hüquqi şəxsləri məhkəmənin məcburi olaraq ləğv etməsi üçün yol verilən hallar MM-in 59-cu maddəsində göstərilir. Bundan başqa, bütün hüquqi şəxslər kimi QHT-lər də mülki-hüquqi əqdlərdən irəli gələın məsuliyyət daşıyır.
QHT-lərin ictimai əhəmiyyətini və cəmiyyətdəki xüsusi rolunu nəzərə alaraq qanun QHT-lər üçün digər hüquqi şəxslərdən fərqli olan xüsusi məsuliyyət növləri müəyyən edir. Qanunun 31.2-ci maddəsi QHT-lərin fəaliyyətinə nəzarət edən Ədliyyə Nazirliyinə, QHT qanununun məqsədlərinə zidd olan hərəkətlərə yol verdiyi halda, ona yazılı surətdə xəbərdarlıq etmək və ya pozuntunun aradan qaldırılması haqqında göstəriş vermək hüququ verir. QHT həmin xəbərdarlıqdan və уa göstərişdən məhkəməyə şikayət vermək hüququna malikdir. QHT-yə bir il ərzində ikidən çox yazılı xəbərdarlıq və ya pozuntuların aradan qaldırılması haqqında göstəriş verildiyi halda Ədliyyə Nazirliyinin iddiasına əsasən məhkəmənin qərarı ilə ləğv edilə bilər. QHT-lərin fəaliyyətinə nəzarətin həyata keçirilməsini təmin etmək məqsədilə qanunvericilik bir sıra müddəalar nəzərdə tutur. Belə ki, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanunun 29-cu maddəsində müəyyən edilir ki, QHT-lər qanunvericiliyə müvafıq olaraq mühasibat uçotu aparırlar.

Cavid