Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Azərbaycan folklorunda tolerantlıq və multikultiralizm

Azərbaycan folklorunda tolerantlıq və multikultiralizm Layihə

Azərbaycan folklorunda tolerantlıq və multikultiralizm

I yazı

İnsan yarandığı gündən etibarən daim qida axtarışında olan bir varlıqdır. Müasir insanın qidası isə maddi və mənəvi olmaqla ikiyə bölünür. Çağdaş insanlar olaraq bizlər, artıq maddi qidada belə mənəvilik, gözəllik axtarırıq. Amma bu gözəlliyin məhz nədən ibarət olduğunu müəyyənləşdirməkdə çox vaxt çətinlik çəkirik. Heç ağlımıza da gəlmir ki, axtardığımız bu gözəlliyin sirri elə onun adında gizlənib.
Gözəllik anlayışının çox qəribə mahiyyəti var. İnsan hər nə ilə daimi təmasda olursa, bir qayda olaraq, məhz onu gözəl hesab edir və ya gözəlliyi daima təmasda olduğu əşyalar, varlıqlar arasında axtarır. Bəlkə də elə "gözəl" sözünün "göz" və "əl" kimi hissələrdən ibarət olmasının da səbəbi budur. Yəni insan gözəl deyərkən məhz gözünün önündə, əlinin altında olan əşya və varlıqlara aid cəhətləri, xüsusiyyətləri nəzərdə tutur. Elmi cəhətdən sübut olunub ki, "insan sadəcə təmasda olduğu əşya və varlıqları dərk edir..." və təbii ki, burada "təmas deyərkən hiss orqanlarından hər hansı birinin yardımı ilə gerçəklik vahidi ilə bağlı məlumatın alınması nəzərdə tutulur...". Dilin psixologiyası ilə məşğul olan tədqiqatçıların qənaətinə görə "eyni gerçəklik vahidi ilə dəfələrlə təmasda olan şəxs həmin gerçəklik vahidini "parlaq element" kimi kodlaşdıraraq əsas yaddaşına qeyd edir...".
Bizcə, "gözəl" anlayışı, elə burada qeyd edilən "parlaq element" anlayışı ilə eyni mahiyyət daşıyır. Buna görə də gözəlliyə yaxın olmağa çalışan insan baxdığı, təmasda olduğu hər bir varlıqda özünə tanış, doğma olan cəhətlər, xüsusiyyətlər axtarır. Bizcə, insanın gözəllik anlayışının təbiəti məhz bundan ibarətdir.
Araşdırmaçı, filologiya üzrə fəlsəfə doktoru Mətanət Yaqubqızının fikrincə, bu deyilənlərin doğruluğunu isbat etmək üçün böyük elmi axtarışlara bəlkə heç ehtiyac da yoxdur. Sadəcə bunu yada salmaq kifayətdir ki, ən çox sevdiyimiz yeməklər, elə ən çox yediyimiz və yeməyə adət etdiyimiz yeməklərdir. Ən xoşumuza gələn insan tipləri, daima ətrafımızda görməyə alışdığımız, bizə yaxın, doğma olan insanlarda gördüyümüz fizioloji və mənəvi cizgilərdir. Ətrafımıza diqqətlə baxsaq görərik ki, evli cütlərin əksəriyyəti zahiri cəhətdən bir-birinə bənzəyir, bir çox məsələyə münasibətdə həmfikir olurlar. Onları bir-birinə tərəf çəkən, cəzb edən və yaxınlaşdıran cəhətlər də elə bu ortaq xüsusiyyətlər, ortaq zövqlər və ortaq gözəllik anlayışıdır. Bu kimi həyat reallıqları simvollaşaraq mənəvi irsimizdə, ədəbiyyatımızda, folklorumuzda öz əksini tapıb. Məsələn: "Ərlə arvadın torpağı bir yerdən götürülür", "Taylı tayın tapmasa, günü ah-vayla keçər" kimi atalar sözü və məsəllərimiz bu deyilənlərin parlaq nümunəsidir. Ancaq bu deyilən fikirlər və verilən nümunələr hələ ki, nə sonsuz demokratiyanın və tolerantlığın, nə də ki, onlardan doğan multikulturalizmin şərhi deyil. Olsa-olsa onlara aparan yollardan biri və ya həmin yolun başlanğıcıdır.
Mətanət Yaqubqızı hesab edir ki, Azərbaycan mühitində var olan demokratiyanın və tolerantlığın əsl qaynağı isə əsrlər boyu vətənimizin yaşadığı və yaşatdığı tarixi gerçəklərdir. Dünyanın elə bir ölkəsi yoxdur ki, tək bir xalqın vətəni olsun və orada demokratiya inkişaf etsin, ya da ki, tolerantlıq mühiti yaransın. Məsələn, üzdəniraq qonşularımız olan Ermənistanda nə demokratiyanın inkişaf etməsi, nə də ki, tolerantlıq mühitinin yaranması nəzəri cəhətdən belə, mümkün deyil. Çünki vaxtilə faşist Almaniyasında olduğu kimi, tək bir xalqın hegemonluğunu bərqərar etmək istəyən heç bir dövlətdə nə demokratiya, nə də tolerantlıq mühiti yarana bilməz. Belə bir mühitin yarana bilməsi üçün iki zəruri şərtin ödənilməsi vacibdir.
Birinci şərt ondan ibarətdir ki, tolerantlığın və plüralizmin əsasını təşkil edən milli demokratiya, yəni ölkə ərazisində müxtəlif xalqların və etnik qrupların fiziki varlığı qəbul və təqdir edilməli və bu fakt ölkədə aparılan dövlət siyasəti ilə dəstəklənməlidir.
İkinci şərt isə ondan ibarətdir ki, ölkə ərazisində yanaşı şəkildə mövcud olan xalqlar və etnik qruplar sayından, dilindən və dinindən asılı olmayaraq bir-birinə qarşı xoş məram nümayiş etdirməli və belə bir davranış tərzi ölkə qanunları ilə nizamlanmalı, tənzimlənməlidir.
Məlum olduğu kimi Azərbaycan ən qədim dövrlərdən başlayaraq bir çox xalqların və etnik qrupların ortaq vətənidir. Dilindən, dinindən, irqindən asılı olmayaraq bu ölkəyə gələn hər kəs burada isti ana qucağı, Vətən tapıb. İstər bu torpaqlara nə vaxt gəldiyi və ya buralarda nə vaxtdan yaşamağa başladığı tarixin qaranlıqları altında qalan yəhudilər və dağ yəhudiləri, tatlar və lahıclar, saxurlar və udilər, talışlar və ləzgilər, laklar və avarlar, ingiloylar və kürdlər, rutullar, eləcə də xınalıq, hapıt, qrız dilinin daşıyıcısı olan xalqlar və etnik qruplar kimi qədimi həmvətənlilərimiz, istərsə də nə vaxt və hansı səbəblərdən buralara köçürüldüyü dəqiq bilinən ruslar və malakanlar, mesxeti türkləri, hətta ən son gələnlərdən biri olmasına baxmayaraq, bizə qarşı artıq ikinci dəfə torpaq iddiasına düşən ermənilərə belə, bu diyarda hər zaman tam hüquqlu vətəndaş münasibəti göstərilib. Biz qəti şəkildə əminik ki, Qarabağ azad olunduqdan sonra orada yaşayacaq ermənilərə, yenə də eyni münasibət, Azərbaycan Respublikasının tamhüquqlu vətəndaşı münasibəti göstəriləcək. Çünki Azərbaycan Respublikası yarandığı tarixdən bu günə qədər ölkə ərazisində müxtəlif xalqların və etnik qrupların fiziki varlığı daima qəbul və təqdir edilib, bu fakt ölkədə aparılan dövlət siyasəti ilə həmişə dəstəklənib.
Hazırda Azərbaycan ərazisində yaşayan bütün xalqlar və etnik qruplar sayından, dilindən və dinindən asılı olmayaraq bir-birinə qarşı xoş məram nümayiş etdirir və həmin xalqların bu davranış tərzi ölkə qanunları ilə tənzimlənir. Azərbaycan Respublikası ərazisində yaşayan bütün xalqlara və etnik qruplara dil sərbəstliyi və tam dini azadlıq verilib. Bu gün Azərbaycanda Azərbaycan dili ilə yanaşı rus, ingilis, alman, fransız və s. dillərdə orta və ali məktəblər fəaliyyət göstərir, bu və digər dillərdə qəzet, və jurnallar nəşr olunur, radio, televiziya verilişləri yayımlanır.
Ölkə ərazisində rəsmi dövlət dili Azərbaycan dilidir. Bununla belə insanlar arasında ünsiyyəti təmin etmək məqsədi ilə istənilən dildən istifadə etməyə icazə verilir, ünsiyyət dili kimi hər hansı bir dildən istifadəyə məhdudiyyət qoyulmur. Azərbaycan ərazisində yaşayan bütün xalqlar və etnik qruplar öz ana dillərini unutmasınlar, bu dildən aktiv şəkildə istifadə edə bilsinlər deyə, həmin xalqların kompakt şəkildə yaşadığı ərazilərdə yerləşən və bu xalqların övladlarının təhsil aldıqları məktəblərdə, dilin perspektivi nəzərə alınması şərti ilə, ya təhsil həmin xalqların öz dillərində aparılır, ya da həftədə ən azı iki dəfə öz ana dillərinin tədrisi və gənc nəslə öyrədilməsi təmin olunur.
Məlum olduğu kimi, dilin perspektivi deyərkən ondan gələcəkdə istifadə imkanı və potensialı nəzərdə tutulur. Belə ki, yer üzündə cəmi bir kənd qədər əhalisi olan bir dildə ali məktəb açmaq, radio, televiziya verilişləri yayımlamaq, qəzet, jurnal nəşr etdirmək heç bir perspektivə malik olmadığı kimi, həmin dildə tam orta məktəb açmaq da heç bir perspektivə malik deyil. Çünki orta təhsili bu dildə başa vuran gənclərin eyni dildə təhsilini davam etdirmək imkanı olmadığı kimi, öz kəndindən kənarda bu dildən istifadə imkanı da yoxdur. Bu səbəbdən bir kənd, bir qəsəbə qədər əhalisi olan etnik qrupların öz dillərini unutmamaları, öyrənmələri məqsədi ilə onların kompakt şəkildə yaşadığı ərazilərdə öz dillərini öyrənmələri üçün müvafiq şərait yaradılır. Məsələn, Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan udilərin övladlarının təhsil aldığı məktəblərdə öz ana dilləri ən azı həftədə iki dəfə tədris olunur. Eyni vəziyyət Zaqatala rayonunda - ingiloyların yaşadığı Əliabad kəndində, saxurların yaşadığı Suvagil kəndində, avarların yaşadığı Danaçı (Dinçi) kəndində və başqa yerlərdə yerləşən məktəblərdə də müşahidə olunur. Ümumiyyətlə, Azərbaycan ərazisində yaşayan bütün xalqların və etnik qrupların öz dillərini öyrənmələri üçün kifayət qədər şərait yaradılıb.
İsmayıllı rayonunun İvanovka kəndində, Gədəbəy rayonunun Saratovka kəndində, eləcə də Respublikanın müxtəlif rayonlarının rayon mərkəzlərində, Sumqayıt, Mingəçevir, Gəncə, Bakı kimi şəhərlərdə rus dilində tam orta məktəblər fəaliyyət göstərir. Çünki rus dili tam perspektivi olan ümumdünya dillərindən biridir.
Azərbaycan Respublikası əhalisinin əksəriyyəti İslam dininə etiqad edir. Bununla belə ölkə ərazisində islam dininə məxsus icmalarla yanaşı, Bakı, Sumqayıt və Gəncə şəhərlərində, Qax, Zaqatala, Balakən, Oğuz, Qəbələ, Quba və s. rayonlarda müxtəlif qeyri-islami dinlərə məxsus 20-dən artıq müxtəlif dini qurum, birlik və icma fəaliyyət göstərir.
Mətanət Yaqubqızının fikrincə, bu kimi faktlar bir daha sübut edir ki, Azərbaycan müxtəlif millətlərin və dinlərin qarşılıqlı dözüm və hörmət şəraitində yaşadığı tolerant bir dövlətdir və bu dövlət "multikulturalizmin beşiyi" adını daşımağa layiqdir. Məhz bu səbəbdəndir ki, artıq bütün mötəbər məclislərdə fəxrlə deyilir: "Azərbaycan Respublikası milli və dini dəyərlərə hörmətlə yanaşan sivil, dünyəvi dövlətdir".
Azərbaycanın çoxmillətli, çoxdinli və çoxdilli Şəki-Zaqatala regionu əsl tolerantlıq və multikulturalizm məkanıdır. Mövcud bölgədə tolerantlığın və multikulturalizmin kökünü, qeyd etdiyimiz kimi, insanların əski inanclarında və adət-ənənələrində axtarmaq lazımdır. Şəki-Zaqatala regionu etnik-dini rəngarəngliyi ilə seçilən bir ərazi olduğu üçün bu bölgədə yaşayan xalqların və etnik qrupların fоlklоr örnəklərinin nəşri və tədqiqi daima insanların marağına səbəb olub.
Məlumdur ki, Azərbaycanın hər bir regionunda fоlklоrun bütün janrlarından оlan örnəklər geniş vüsət tapıb. Bu örnəklər əsrlərin süzgəcindən keçmiş, regiоnal variantlarda sabitləşib. Hər bir regiоnda söylənən fоlklоr örnəklərinə həmin regiоnun möhürü vurulmuş, müxtəlif variantlı nümunələr meydana gəlib. Məhz buna görə də örnəklərin regiоnal baxımdan öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Belə axtarış və araşdırmalar əsasında vahid fоlklоr örnəklərinin spesifik xüsusiyyətləri, mərhələ və təşəkkül prоsesləri barədə daha оbyektiv qənaət əldə etmək mümkündür.