Nümayəndəlik institutununun ləğvini şərtləndirən reallıq Layihə
Vəkillik institutunun gücləndirilməsi hüquqi dövlət quruculuğu istiqamətində növbəti addım olacaq
Oktyabrın 31-də Milli Məclis Mülki Prosessual, İnzibati Prosessual məcəllələrə və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişiklikləri qəbul edib. Prezident İlham Əliyev noyabrın 7-də Mülki Prosessual, İnzibati Prosessual məcəllələrə və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişiklikləri təsdiqləyib. Bu dəyişikliklər mülki və inzibati məhkəmə proseslərində nümayəndələrin iştirakına qadağa qoyulmasını, bu prosesdə yalnız Vəkillər Kollegiyasının üzvlərinin iştirakını nəzərdə tutur. Yalnız fiziki şəxsin yalnız yaxın qohumuna məhkəmələrdə qanuni nümayəndə kimi iştiraka icazə veriləcək. Kassasiya instansiyasında, yəni Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına icazə verilməyəcək.
Dəyişikliklər 2018-ci il yanvarın 1-dən qüvvəyə minir. "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna əlvə edilən keçid müddəasına əsasən, məhkəmələrdə baxılmaqda olan işlər üzrə nümayəndə qismində iştirak edən şəxslər həmin işlər müvafiq instansiya məhkəmələrində mahiyyəti üzrə həll edilənədək nümayəndə qismində çıxış edə biləcəklər.
Nümayəndələrin sözu, arqumenti
Nümayəndəlik institutunun məhdudlaşdırılması ilə bağlı qanun layihələri gündəmə gələrkən bu fəaliyyətlə məşğul olan və qanun layihələrinin qəbuluna qarşı çıxanların bir neçə arqumenti vardı. Məsələn, oktyabrın 17-də nümayəndəlik fəaliyyəti ilə məşğul olan bir qrup praktik hüquqşünasın keçirdiyi mətbuat konfransında bildirilib ki, 10 milyon nəfərədək əhalisi olan Azərbaycanda cəmi 936 vəkil var, hər 11 min 100 nəfərə 1 vəkil düşür. Hətta son müsabiqədə bütün vəkilliyə namizədlərin hamısı vəkil ola bilsə, Vəkillər Kollegiyasının üzvlərinin sayı 2 dəfə artsa belə, Azərbaycanda 6 min nəfərə 1 vəkil düşəcək. Ancaq inkişaf etmiş ölkələr bir yana, qonşu Gürcüstanda 4 milyon əhali, 5 min vəkil var, hər 800 nəfərə 1 vəkil düşür. Digər tərəfdən, bu gün Azərbaycanda 936 vəkilin 100-ə qədəri vəkil kimi fəaliyyət göstərmir, müxtəlif dövlət qurumlarında çalışır. Bu vəkillərin 800-ə qədər Bakı və Abşeronda cəmləşib. Bölgələrdə cəmi 150-yə qədər vəkil fəaliyyət göstərir. Ona görə də xüsusən bölgələrdə əhali daha çox nümayəndələrin yardımından istifadə edir.
Növbəti arqument o idi ki, hər il 13 mindən artıq cinayət işinə baxan vəkillərin il ərzində 100 mindən çox mülki işə, 30 mindən çox inzibati işə baxması fiziki baxımdan da mümkün olmayacaq, hüquqi yardım işi iflic olacaq. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli də bildirmişdi ki, vəkillərinin sayı Avropa ölkələri ilə müqayisədə dəfələrlə az olan Azərbaycanda nümayəndəlik institutunun məhdudlaşdırılması vəkil qıtlığı yaranmasına yol açacaq. Çünki Azərbaycanın elə rayonu var ki, orada ümumiyyətlə vəkil fəaliyyət göstərmir və yaxud da həddən artıq azdır. Beləliklə, vətəndaşlar məhkəməyə müraciət zamanı ərizə yazmaq və ya iddia qaldırmaq üçün digər rayonlarda fəaliyyət göstərən vəkillərə müraciət etmək məcburiyyətində qalacaq ki, bu da əlavə problemlər yaradacaq.
Nümayəndə kimi fəaliyyət göstərən bir qrup hüquqşünas hüquqi təhsili olan şəxslərin nümayəndə kimi fəaliyyətlərinə imkan yaradılmasını, qeyri-peşəkarların, hüquqi təhsili olmayanların məhkəmələrdə nümayəndə kimi iştirakdan uzaqlaşdırılmasını problemdən çıxış yolu kimi də təklif etmişdilər.
Yeri gəlmişkən, qanunvericiliyə dəyişikliklər Milli Məclisdə deputatların mütləq əksəriyyətinin dəstəyi ilə qəbul edilib. Bununla belə, parlamentdə müzakirələr zamanı da deputatlardan Zahid Oruc, Fazil Mustafa vəkil çatışmazlığı probleminə diqqət çəkmişdilər. Milli Məclisin I vitse-spiker Ziyafət Əsgərov vəkillik institutunun daha işlək olması, vitse-spiker Valeh Ələsgərov da nümayəndəlik institutunun fəaliyyətinin bərbad olması səbəbindən qanun layihələrinin qəbulunun zəruri olduğunu vurğulamışdılar. Bu mövqeyi də deputatların mütləq əksəriyyəti dəstəkləmişdi.
Bəs nümayəndəlik institutunu dəstəkləyən arqumentlər nə dərəcədə əsaslı idi? Nümayəndəlik institurunun bərbadlığı özünü nədə göstərirdi?
Ali Məhkəmənin təcrübəsi və zamanın tələbi
Qeyd edək ki, məhz Ali Məhkəmənin qanunvericilik təşəbbüsü əsasında Mülki və İnzibati Prosessual məcəllələrə, eləcə də "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklər edilib. Ali Məhkəmənin arqumentləri budur ki, Konstitusiyanın 61-ci maddəsi hüquqi yardım almaq hüququnu təsbit edir. Həmin maddəyə əsasən, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ var, qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına həyata keçirilir. Bu sahədəki dəyişikliklərin əsas məqsədi ilk növbədə Konstitusiyanın 61-ci maddəsində təsbit edilmiş yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun reallaşdırılması ilə bağlıdır. Məhkəmələrdə yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsinin ilkin şərtlərindən biri vətəndaşlara göstərilən hüquqi xidmətlərin peşəkarlar tərəfindən aparılmalı olduğunu tələb edir. Ali Məhkəmə bir çox hallarda nəinki hüquqşünas olmayan şəxslər, ümumiyyətlə hər hansı ali təhsilə malik olmayan, məhkəmə icraatının qaydalarından və hüquqdan tamamilə bixəbər təsadüfi insanların getdikcə artan şəkildə vətəndaşları məhkəmələrdə təmsil etməyə başlamasına diqqət çəkir. Hüquqi yardımın qeyri-peşəkarlığı son nəticədə işlərin həm də hərtərəfli araşdırılmasında problemlər yaradıb, qanunla müəyyən edilmiş müddətlər çərçivəsində işlərə baxılmasına imkan verməyib. Nümayəndələr tərəfindən çox vaxt iddialar düzgün qaldırılmayıb, işin araşdırılması ilə bağlı lazımi sübutlar və vəsatətlər verilməyib. Nəticədə xüsusən mülki işlərdə məhkəmələrin öz təşəbbüsü ilə sübut toplamaq və işin hallarını araşdırmaq vəzifəsi olmadığı üçün qaldırılmış iddia tələbi həddində və yalnız tərəflərin təqdim etdiyi sübutlara əsasən qərar qəbul edilib. Məhkəmə təcrübəsinin öyrənilməsi göstərib ki, birinci instansiya məhkəməsinə təqdim olunmuş iddia ərizələrinin savadsız tərtib olunması vətəndaşların üzün müddət mübahisənin həllinə nail ola bilməməsi, onların nəticəsiz olaraq lüzumsuz məhkəmə çəkişmələrinə cəlb olunmasına səbəb olub. Yəni nümayəndənin səriştəsizliyi vətəndaşın hüquqlarının pozulmasına səbəb olub, eyni zamanda ədalət mühakiməsinə olan etimadı zədələyib.
Ali Məhkəmə hesab edir ki, vəkillər həmçinin qeyri-peşəkar nümayəndələrdən fərqli olaraq prosesin peşəkar iştirakçısı kimi məhkəmə icraatının daha sürətli və düzgün aparılmasında məhkəməyə yardım edə bilər, işlərin əsassız şəkildə uzun müddət ərzində baxılmasına gətirib çıxaran lüzumsuz prosessual hərəkətlər aradan qalxar. Digər tərəfdən , qanunvericilik vəkillərə öz təşəbbüsləri ilə sübutlar toplamaq imkanı verir və bu da məhkəmə tərəfindən işin hallarının tam və hərtərəfli araşdırılması işinə ciddi töhfə verə bilər. Vəkillər həmçinin maddi və prosessual hüquq normalarının mübahisəyə düzgün tətbiqi məsələlərində də məhkəmənin diqqətini iş üzrə zəruri hallara yönəltmək baxımından daha hazırlıqlı şəxslərdirlər. Ali Məhkəmə onu da nəzərə çatdırır ki, inkişaf etmiş əksər ölkələrdə də müəyyən istisnalar çıxılmaqla məhkəmələrdə təmsilçilik bir qayda olaraq yalnız vəkillər vasitəsilə həyata keçirilir və dəyişikliklər ölkəmizdə vəkilliyin rolunun artırılmasına əlavə təkan verəcək.
Vəkillərin sayı və iş yeri amili
Ali Məhkəmə də razılaşır ki, hazırda ölkəmizdə vəkillərin sayı yetərli hesab edilə bilməz. Ona görə də ilk növbədə Vəkillər Kollegiyası mümkün olan qısa müddət ərzində yeni qəbul imtahanlarının keçirilməsini təşkil etməlidir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2017-ci il tarixli fərmanında da qanunvericiliyə edilmiş dəyişikliklərin 2018-ci il yanvarın 1-dən tətbiqini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına tövsiyə edilib ki, vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun daha səmərəli təmin edilməsi məqsədi ilə vəkillərin sayının artırılaraq zəruri həddə çatdırılması üçün müvafiq tədbirlər görsün. Bundan başqa, yəqin ki, imtahan şərtləri, sualların tərtibi və s. kimi məsələlər də yeni yaranmış vəziyyət nəzərə alınmaqla gözdən keçirilməlidir. Eyni zamanda, ümumən vəkillik təsisatının problemlərinin həlli ilə bağlı olaraq qanunvericilik sahəsində əlavə tədbirlərin görülməsinə də ehtiyac var.
O da müəyyən edilib ki, respublikanın məhkəmələrində təxminən 700 nəfərə yaxın şəxs məhkəmə iclaslarında nümayəndə qismində iştirak edir və onların bir çoxunun daimi iş yeri var. İşləməyən nümayəndələr üçün isə həmin fəaliyyət iş yeri hesab olunmur. Çünki məhkəmədə fiziki şəxslərin nümayəndə vasitəsi ilə onlara verilmiş etibarnamə əsasında təmsil olunması rəsmi olaraq pullu xidmət hesab olunmadığından və bu əmək müqaviləsi ilə şərtləndirilən münasibətlər dairəsinə aid olmadığından nümayəndələr üçün iş yeri hesab olunmur. Qanunun qəbulunun əsas məqsədlərindən biri də nümayəndəliyi peşə etmiş şəxslərin qanunsuz fəaliyyətinə son qoymaqdan ibarətdir. Çünki həmin şəxslərin çox hissəsi vətəndaşlardan göstərdikləri xidmətə görə "vəkil kimi" müəyyən haqq alsa da bu gəlirdən vergi ödəmir və sosial ayırmalara pul vermirlər. Bu fəaliyyətlərinə görə vəkil kimi rəsmi bir qurumun üzvü olmadıqlarından etibarnamə vermiş şəxs qarşısında heç bir məsuliyyət daşımırlar.
Bir sözlə, qanunvericilikdə edilən dəyişiklik və əlavələrin əsas məqsədi vətəndaşların mənafeyinin müdafiəsi, eləcə də baş verən qanunsuzluqların, "vəkil" adı altında fəaliyyət göstərən nümayəndələrin qanunsuz hərəkətlərinin qarşısını almaqdan, bununla yanaşı vətəndaşların Konstitusiyada nəzərdə tutulmuş yüksək ixtisaslı hüquqi yardımla təmin olunmasını təmin etmək üçün vəkillik institutunun inkişaf edilməsindən ibarətdir.
Vəkillər Kollegiyasının əsas vəzifəsi və əsas məqsəd
Vəkillər Kollegiyası da nümayəndəlik institutu ilə bağlı qanunvericiliyə edilən dəyişikliklərə münasibət bildirib. Vəkillər Kollegiyası diqqətə çatdırıb ki, atılan addımlar ölkəmizdə aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarının davamıdır və öz mahiyyəti etibarilə hüquqi yardım institutunun yeni mərhələyə qədəm qoymasını təmin etməyə yönəlib. Bu dəyişikliklər ölkəmizdə əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin artırılmasına müsbət təsir edəcək. Azərbaycan prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanunun tətbiqi barədə 7 noyabr 2017-ci il tarixli sərəncamı ilə vəkillərin sayının artırılması Vəkillər Kollegiyasına tövsiyə olunub. Buna nail olmaq üçün Vəkillər Kollegiyası bütün zəruri tədbirlər həyata keçiriləcəyini bildirib. Nəzərə çatdırılıb ki, çoxsaylı hüquqşünas vəkil olmaq üçün Vəkillər Kollegiyasına müraciət edib. Bununla bağlı, ən qısa zamanda ixtisas imtahanları keçiriləcək və imtahanları müvəffəqiyyətlə vermiş namizədlər vəkil adını qazanacaqlar. Eyni zamanda, hal-hazırda məhkəmələrdə çıxış edən nümayəndələr də, qanunvericiliyin tələblərinə uyğun olaraq müraciət etdikləri halda, Vəkillər Kollegiyası üzvlüyünə qəbul oluna bilərlər. Vəkillər Kollegiyası qəbul olunmuş əlavə və dəyişiklikləri dəstəklədiyini və bu istiqamətdə üzərinə düşən vəzifələrin lazımınca icrasını təmin edəcəyini bəyan edib.
Nəzərə alsaq ki, keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsi vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunda önəmlidir, deməli, qanunvericiliyə edilən dəyişikliklərlə əlaqədar zəruri addımlar sürətlə atılmalıdır. Azərbaycan prezidentinin tövsiyyə etdiyi kimi, Vəkillər Kollegiyası vəkillərin sayının artırılması üçün ən qısa zamanda ixtisas imtahanları keçirməli və imtahanları müvəffəqiyyətlə vermiş namizədlər vəkil kimi fəaliyyətə başlamalıdırlar. Qısa dövr ərzində Azərbaycan vəkillərinin sayına və keyfiyyətli hüquqi yardım görə nümunə olaraq adı çəkilən ölkələrdən birinə çevrilməlidir.
Azərbaycan sürətlə inkişaf edir, iqtisadiyyatın müxtəlif sahələrinə böyük xarici və daxili sərmayələr qoyulur, turizm ölkəsinə çevrilir. Hüquqi yardım almaq hüququ daha keyfiyyətli təmin edilərsə, Azərbaycanda daha çox sərmayələrin qoyulması, daha çox turistlərin cəlb olunması üçün daha cəlbedici zəmin yaranacaq. Bu reallaşarsa, Azərbaycanın uğurları daha da artacaq, ölkəmizin inkişafı daha da sürətlənəcək, vətəndaşların rifah halı daha da yüksələcək.
Ramiz Mikayıloğlu
Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.