Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi... Layihə
Ermənilərin Qafqaza, o cümlədən Azərbaycana miqrasiya prosesi mərhələ-mərhələ əsrlər boyu davam etmişdir
Düşmənlərimiz XX əsrdə 2 milyon azərbaycanlını terror, deportasiyalar, soyqırımları vasiətsilə məhv ediblər
III yazı...
Rusiyada oktyabr çevrilişindən sonra Cənubi Qafqazda çoxhakimiyyətlilik yarandı. Sovetlər, Milli Şuralar və müvəqqəti hökumətin orqanları arasında hakimiyyət uğrunda mübarizə qızışdı. Bolşevik Rusiyası Almaniya bloku ölkələri ilə Brest Litovskda sülh bağladı. Rus-türk cəbhəsi dağıldı. Dinc əhaliyə qarşı törətdikləri soyqırıma görə cəzasız qalmayacaqlarından qorxaraq rus ordusu ilə geri çəkilən erməni silahlı dəstələri Anadoluda və Cənubi Azərbaycanda etdikləri kütləvi qırğınları bu dəfə Borçalıda, İrəvan quberniyasında və Cənubi Qafqazın digər yerlərində törətməyə başladılar. 1917-ci ilin noyabrında Bakıda elan edilmiş sovet hökuməti əksinqilabi ünsürlərlə mübarizə adı altında 1918-ci ilin mart ayında bütün Bakı quberniyasında azərbaycanlıların məhvinə yönəldilmiş planı həyata keçirməyə başladı. İdeoloji fərqlərə baxmayaraq, Daşnaksütyun Partiyası bolşeviklərlə birgə hərəkət edirdi. Minlərlə azərbaycanlı yalnız dini və etnik mənsubiyyətinə görə Azərbaycanın Bakı ilə yanaşı, Şirvan, Qarabağ, Zəngəzur, Naxçıvan, Quba, Lənkəran və digər bölgələrində kütləvi surətdə məhv edildilər. Tiflisdə yaradılmış Transqafqaz Seymi qırğınların qarşısını ala bilmədi. Kəskin ziddiyyətlər ucbatından 1918-ci il mayın 28-də Transqafqaz Seymi dağıldı. Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Bütün müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan xalqı cümhuriyyət idarə üsulunu qurdu. Azərbaycan Xalq Cümhuriyyətinin əhalisi 4 mln. 617 min nəfər, ölkənin ərazisi 113895. 97 kv. km idi.
Mayın 28-də ermənilərin Qafqazda heç bir zaman mövcud olmayan dövlətinin qurulduğu elan edildi. Ararat Respublikası adlandırılan bu ölkə Yeni Bəyazit, İrəvan və Aleksandropol qəzalarının hissələrindən təşkil edildi. Ermənistanın ərazisi 9 min kv. km idi. Lakin qısa müddət ərzində təcavüzkar hərəkətləri nəticəsində Ermənistanın ərazisi genişləndirildi. Bu barədə Tiflisdəki ABŞ konsulu Smit dövlət katibinə 1918-ci il 15 iyul tarixli teleqramında məlumat verərək yazırdı: "Almaniya və Türkiyə tərəfindən tanınmış yeni Ermənistan dövlətinin ərazisi 12 min kvadrat kilometrə, sərhədləri isə Dilicandan sənub-qərbdə Alagözə, oradan isə Eçmiadzinin cənubundan İrəvanın şərqinə, oradan da Sevan gölünə qədərdir".
Yeni yaradılan Ararat Respublikasının paytaxtı olmadığından Erməni Milli Şurası Azərbaycana müraciət edərək İrəvan şəhərinin paytaxt kimi verilməsini xahiş etdi. Müraciət Azərbaycan Milli Şurasının mayın 29-da Tiflisdə keçirilən iclasında müzakirə edildi. Ermənilərin bu xahişi yerinə yetirildi. İrəvanı paytaxt kimi aldıqdan sonra da Ermənistan sakitləşmədi. Erməni silahlı dəstələri azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınları amansızlıqla həyata keçirməyə başladılar. İngilis nümayəndəsi P.Koks Londona göndərdiyi 1918-ci il 30 oktyabr tarixli teleqramında erməni dəstələri tərəfindən həmin ilin mart ayında Cənubi Qafqazda 180 azərbaycanlı kəndinin dağıldığını və azərbaycanlıların öldürüldüyünü yazırdı.
Sovetləşdirildikdən sonra Gürcüstan Fövqəladə Komissiyasının rəsmi sənədlərində də erməni silahlı dəstlərinin törətdikləri qırğınlar barədə məlumat verilərək yazılırdı ki, Daşnaksütyunun yad qüvvəni məhv etmək üsulunu təkrar etdi, Kars vilayətində 80 kəndi yer üzündən sildi.
Daşnaksütyunun 30 aylıq hökmranlığı dövründə Ermənistanda azərbaycanlı əhalinin 60%-i yer üzündən silindi, bütün türk əhalisi qanundan kənar elan edildi, azərbaycanlı və kürd əhalisini qırmaq yolu ilə ölkənin erməniləşdirilməsi ideyası həyata keçirildi.
Ermənilərin əcdadlarının Qərbdən Şərqə: Balkanlardan, yəni Avropadan Asiyaya, Qafqaza, o cümlədən Azərbaycana miqrasiya prosesi mərhələ-mərhələ əsrlər boyu davam etmişdir… 387-ci ildə Sasani və Bizans imperiyaları tərəfindən bölüşdürülərək öz dövlətçiliyini itirən ermənilərin Cənub Qafqaza miqrasiya meylləri möhkəmləndi. Ərəb xilafətinin dəstəyi ilə 704-cü ildə erməni qriqoryan kilsəsi aqvan kilsəsini özünə tabe etdi.
Erməni müəllifi V.İşxanyanın XX yüzilliyin əvvəllərində yazdığı da onların Cənub Qafqaza son əsrlərdə gəlməsini bir daha təsdiq edir: "Ermənilərin həqiqi vətəni…Kiçik Asiyadır, yəni Rusiya hüdudlarından kənardadır və Zaqafqaziyada bir neçə sırf erməni əyalətlərindən başqa (başlıca olaraq İrəvan quberniyasında) Qafqaz ərazisinin müxtəlif hissələrinə ermənilər yalnız son yüzilliklər ərzində səpələniblər."
Albaniyanın vilayəti olan Arsakın əhalisi erməni kilsəsinin təsirinə çox məruz qalmışdı. Rus tarixçisi İ.P.Petruşevskiyə görə, "Qarabağ heç bir zaman erməni mədəni mərkəzlərinə mənsub olmamışdır." O, yazır ki, erməni kilsəsi Albaniyada "Ölkəni erməniləşdirmək aləti olmuşdur." Kilsənin bu rolu VIII əsrin başlanğıcından etiabrən xüsusilə nəzərə çarpır.
Mütəxəssislərin fikrincə (prof.S.Onullahi, prof.V.Piriyev və b.), Qarabağ sözünə ilk dəfə Rəşidəddinin (1247-1318) "Cami-əttəvarix" əsərində rast gəlinir. Qarabağ əhalisinin mütləq əksəriyyətini təşkil edən azərbaycanlıların el arasında adlandıqları Qarabağ adı heç bir fərmansız-nəsiz əyalətin hamı tərəfindən işlədilən adıdır. Yəni istər Arsax, istər Uti, istərsə də Qarabağ toponimlərinin yaranması sırf azərbaycanlılara məxsus ifadə olub, onu yabaniləşdirmək, "özününküləşdirmək" qeyri-mümkündür. Təsadüfi deyil ki, XVII əsr səyyahı Övliya Çələbi Qarabağı "Kiçik Azərbaycan" adlandırmşıdı. Hələ I Şah Abbasın dövründə Qarabağda yaratdığı kiçik inzibati idarə sistemi olan məlikliklər Şimali Azərbaycan torpaqlarının, o cümlədən Qarabağın ruslar tərəfindən tutulmasında dəridən-qabıqdan çıxırdılar. Belə ki, 1729-cu ilin fevralında məliklər II Pyotra yazırdılar: "Sizin ayaqlarınızın altına yıxılırıq…əl tutun."
Yalan uydurmaqda ermənilərin mahir olması söz yoxdur ki, onların genlərindən irəli gələn hal idi. Məsələn, 1790-cı ildə onlar "Yekaterinaya yazmışdılar ki, təkcə Şamaxı ətrafında 17 min silahlı erməni var. Halbuki 1811-ci ildə Şamaxı xanlığında olan 24 min ailənin yalnız 1500-ü erməni ailəsi idi. XX əsrdə 2 milyon azərbaycanlını terror, deportasiyalar, soyqırımları vasiətsilə məhv etmişlər. Ümumiyyətlə, ermənilərin qismən Rusiya imperiyasına ilk gəlişləri XIII əsrə, rus çarları Qalitsinin və Uolinski Danilin dövrlərinə təsadüf edir. Rus-erməni münasibətləri çar Aleksey Mixayloviç (1645-1676) və xüsusən də I Pyotrun zamanında daha da istiləşir. Erməni Minas 1714-cü ildə I Pyotrun yanında olarkən ona çox yaxşı tanış olduğu Qafqazın təbiəti və iqtisadiyyatı barədə müfəssəl məlumat verməklə, Xəzər sahilində kilsə tikməyi, sonra isə hərbi əməliyyatlar zamanı ondan qala kimi istifadə etmək barədə təkliflər verir. Yalnız P.D.Sisiyanov 1804-cü ildə Şimali Azərbaycana 16 min aysoriləri dəvət edir.
Digər bir fakta müraciət edək. 1806-cı ilin sentybarda Qafqaz ordusunun rus komandanlığına məlumat çatdırılır ki, 10 min nəfər Bəyazit ermənisi Azərbaycanın İrəvan xanlığına köçmək istəyir. Eyni zamanda buraya köçən ermənilər ruslara bu torpaqları işğal etməkdə yaxından kömək edirlər. Danışıqsız ermənilərin rus ordusunun Şimali Azərbaycanı işğal etməsinə yardımçı olduğunu general N.Sinyaqin "ermənilər öz cəsurluqları və Rusiyaya sədaqətləri ilə seçilirdilər" müşahidəsini belə ifadə etmişdi.
Azərbaycan türklərinin ərazisinin ikiyə bölünməsinin XIX yüzilliyin əvvəllərində buraya kütləvi surətdə köçürülən və bir qədər qabaq gəlmə olan ermənilər vasitəçi amil rolunu oynayırdılar. Belə ki, 1822-ci ildə osmanlı Kars və Ərzurum vilayətinin erməniləri general A.P.Epmolovdan "rusların – xilaskarlarımızın yaxınlaşması" barədə xahiş edirdilər. 1804-1813-cü ildə və 1826-1829-cu illərdə rus-İran və rus-türk müharibələrində erməni katolikosu Nerses, erməni əsilli general Mədətov, ordu bölməsinin rəhbərləri M.Vereiyan, Q.Manuçaryan, babası XVIII əsrdə Culfadan Rusiyaya köçmüş rus ordusunun polkovniki X.E.Lazaryev xüsusilə Azərbaycan torpaqlarının işğalında böyük fəallıq nümayiş etdirmişlər. Manuçaryan 4-cü dərəcəli Georgi, Vladimir və Anna ordenləri ilə təltif edilmişdi. X.E.Lazaryev soydaşlarının (erməni) Şimali Azərbaycana köçürülməsində Türkmənçay müqaviləsinin XV maddəsinin yerinə yetirilməsində A.S.Qriboyedovun demək olar köməkçisi rolunu ifadə etmişdi.
Aydındır ki, 1805-ci il mayın 14-də Sisianovla İbrahimxəlil xan arasında bağlanan Kürəkçay müqaviləsində əsas etnik üstünlük yalnız azərbaycanlılara aid olduğu üçün də onlarla imzalandı. Yəni bu vaxt Qarabağda erməni icması barədə söhbət olmamışdı. Onlar yalnız və yalnız bu diyara yenicə köçürülürdü. 1828-ci ildə İrəvan və Naxçıvan xanlıqları ərazisində yeni inzibati bölgü - erməni vilayəti təşkil edilərkən bu ərazidə 1110 yaşayış məntəqəsindən yalnız 62-si erməni kəndi idi.