NATO-nun mobil təlim qrupu tərəfindən Bakıda məşğələ keçirilir
Goranboyda anasını və nənəsini öldürməkdə təqsirləndirilən yeniyetməyə hökm oxunub
Ötən ay dövlət qurumlarına qarşı 49 kiberhücumun qarşısı alınıb
MİDA mənzillərinin qanunsuz satışını təşkil edən 12 nəfər saxlanılıb
Uşağın doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyət veriləcək
12 Noyabr 2024 14:54
2 961
BMT-nin Bakıda keçirilən iqlim dəyişikliyi konfransı Cənubi Qafqaz regionu üçün mühüm hadisədir.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “X” platformasında paylaşımında qeyd edib.
Hökumət başçısı Gürcüstanın iqlim böhranının aradan qaldırılması ideyasına sadiq qaldığını və müsbət dəyişiklikləri dəstəkləmək üçün təsirli tədbirlər görməyə davam etdiyini qeyd edib.
“Bakıda davam edən BMT-nin iqlim dəyişikliyi konfransında iştirak etmək mənim üçün şərəfdir. Bu, Cənubi Qafqaz regionu üçün mühüm hadisədir. Biz tərəfdaşlarımızla birlikdə iqlim dəyişikliyindən qaynaqlanan problemləri və dayanıqlı gələcək üçün onların effektiv həlli yollarını müzakirə etdik. Gürcüstan iqlim böhranının aradan qaldırılması ideyasına sadiq qalır və müsbət dəyişiklikləri dəstəkləmək üçün təsirli tədbirlər görməyə davam edir", - Baş nazir bildirib.