16 Noyabr 2024 16:06
3 773
İqlim dəyişikliyinin təsirləri hər gün hiss olunur.
APA xəbər verir ki, bu barədə COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29 çərçivəsində İtki və Zərər üzrə iqlim fəaliyyətinin genişləndirilməsi: Santyaqo Şəbəkəsinin tam fəaliyyətinin təmin edilməsi mövzusunda planer sessiyasında deyib.
O qeyd edib ki, ekstremal hava daha çox yayılmağa və daha sərtləşməyə başlayıb. Artan təbii fəlakətlər insanları evlərindən didərgin salır və ekosistemləri günü-gündən zədələyir: “Bu il Pakistan, Tonqa, Efiopiya, Konqo, Karib hövzəsində iqlim dəyişikliyinin təsirlərindən əziyyət çəkən icmalarla görüşlərdə, digər ölkələrə etdiyimiz səfərlərdə bunun şahidi olduq. Buna görə də bu, COP29-da əsas prioritet olub. Santyaqo Şəbəkəsi itki, zərər və davamlılıq üzrə bilik boşluqlarını doldurmağa kömək edir. Bu il COP29 Prezidentliyi Santyaqo Şəbəkəsinin işə başlamasına kömək etmək üçün çalışdı. COP29-da itki və zərərlə bağlı mühüm irəliləyiş əldə etmişik. Bugünkü tədbir irəliləmək üçün daha bir şansdır”.
16 Noyabr 18:48
819
16 Noyabr 17:36
938
16 Noyabr 16:58
959