

22 İyul 17:05
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Gəncə Regional Mərkəzi tərəfindən Şəmkir şəhər, Morul tam orta məktəbində, Gəncə Dünya Məktəbində, Gəncə Dövlət Milli Dram Teatrında, Azərbaycan Dövlət Aqrar Universitetin Mühəndislik Korpusunda, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsində və Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecdə, Qarabağ Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında, Muğan Regional Mərkəzi tərəfindən Biləsuvar rayon X.Qafarov adına İsmətli tam orta məktəbində, Aran Regional Mərkəzi tərəfindən Naftalan şəhər Gigiyena və Epidemiologiya Mərkəzində, Kürdəmir rayon Axtacı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində və Göyçay rayon İcra Hakimiyyəti Başçısının Qaraməryəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.