Netanyahu: İranı var gücümüzlə vurmağa davam edirik
26 Mart 17:29
26 Mart 17:29
26 Mart 16:42
26 Mart 15:01
14 Yanvar 2025 10:40
3 661
Bu il dövlət büdcəsindən peşə təhsilinə 82.2 milyon manat vəsait ayrılıb.
APA xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov "Tikinti sektoru üzrə kadr hazırlığında dövlət-özəl tərəfdaşlığının rolu" mövzusunda müzakirə zamanı açılış nitqində deyib.
Agentlik sədri həmçinin vurğulayıb ki, 2020-ci ildən bəri peşə təhsilinə qəbulda 60 faiz artım qeydə alınıb:
"Ölkəmizdə 2022-2026-cı illər üçün sosial iqtisadi inkişaf, birinci qayıdış planı çərçivəsində təhsillə bağlı keçirilən tədbirlərdə peşə təhsilinin inkişafına xüsusi yer ayrılıb.
Peşə təhsilinin inkişafı iqtisadiyyatın tələblərinə uyğun ixtisaslı kadrlar hazırlamaq üçün vacibdir. Bu həm sahibkarlar, həm təhsil sistemi və cəmiyyət üçün önəmlidir".
Qeyd edək ki, müzakirələrin əsas məqsədi tikinti sektorunda işəgötürənlərin peşə təhsil müəssisələri ilə əməkdaşlığının inkişaf etdirilməsi, özəl sektorun təhsil prosesində aktiv iştirakının təmin edilməsindən ibarət olub. Peşə təhsilinin əmək bazarına uyğunlaşdırılması, tikinti sahəsində texniki ixtisaslar üzrə kadr hazırlığının gücləndirilməsi, müasir standartlara cavab verən təhsil proqramlarının hazırlanması, tələbələrin praktiki bacarıqların artırılmasıdır.
26 Mart 14:27
1 232
26 Mart 13:30
1 197
25 Mart 16:20
1 414