Tramp: ABŞ və İran 5 gün ərzində razılığa gələ bilər
23 Mart 16:55
11 Fevral 2025 19:38
3 080
Xəbər verildiyi kimi, Azərbaycanda böyük şəhərlərdə prospekt, küçə, meydan və müvafiq ərazi vahidlərinə, metro stansiyalarına yeni adlar veriləcək. Bu barədə məlumat Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.
Maraqlıdır, hansı küçələrin, metrostansiyaların adları dəyişdirilə bilər?
Xalqcebhesi.az xəbər verir ki, Globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyib ki, həm Bakı, həm də bir sıra şəhərlərdə, rayon mərkəzlərində bəzi küçə və prospektlərə qoyulan adlar öz əhəmiyyətini itirib:
“Müəyyən dövrlərdə qoyulan adlar dəyişdirilsə, daha yaxşı olar. Eyni zamanda bu, metro stansiyalarına da aiddir. “Gənclik”, “Sahil”, “Xalqlar Dostluğu”, “Ulduz” kimi adların yerinə, daha yaxşı seçimlər təklif edə bilərik”.
Ekspert bildirib ki, burada bəzi qəhrəmanların, vətən uğrunda döyüşən, əziyyətləri olan şəxslərin adları nəzərə alınsa, yaxşı olar:
“Ümumiyyətlə, bu addım gözəldir. Həm də “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar verilən qərar necə deyərlər, yerinə düşdü”.
23 Mart 15:03
1 127
22 Mart 16:56
1 463
21 Mart 16:50
2 114