Məktəbəhazırlıq qruplarına qəbul başlayıb Cəmiyyət

Məktəbəhazırlıq qruplarına qəbul başlayıb

Bu gündən etibarən 2025–2026-cı tədris ili üçün məktəbəhazırlıq qruplarına qəbul başlayıb.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatında bildirilib.
Bildirilib ki, Azərbaycan bölməsi üzrə məktəb seçimi Bakı şəhəri istisna olmaqla, digər rayon və şəhərlərdə iyulun 8-dən, Bakı şəhərində isə iyulun 9-dan etibarən mümkün olacaq. Tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi iyulun 10-dan başlayacaq.

Qəbul prosesi 12 sentyabradək davam edəcək. Ümumi təhsil müəssisələrinə sənədlərin təqdim olunması isə 1–30 sentyabr 2025-ci il tarixləri arasında həyata keçiriləcək.

Qeydiyyat “mektebeqebul.edu.az” elektron sistemi vasitəsilə aparılacaq.

Xatırladaq ki, məktəbəhazırlıq qruplarına 2020-ci il təvəllüdlü, yəni bu il 5 yaşı tamam olan uşaqlar qəbul olunur.