Həmid Mənafinin taleyindən heç bir xəbər yoxdur Güney Azərbaycan

Həmid Mənafinin taleyindən heç bir xəbər yoxdur

Bu yaxınlarda İran təhlükəsizlik qüvvələri tərəfindən həbs olunan güneyli milli-mədəni fəalı Həmid Mənafinin taleyindən heç bir xəbər yoxdur. Fəalın Tehranda tutulmasından bir həftədən artıq bir müddət keçsə də, onun harada saxlandığı hələ də məlum deyil.
Azərbaycanlı fəalın ailəsi müxtəlif orqanlara müraciət edib övladlarının vəziyyətindən xəbər almaq istəsələr də, onlara heç bir məlumat verilməyib. Halbuki, qanuna görə, kimsə tutulursa məhkəmə orqanları və başqa aidiyyəti qurumlar həmin şəxsin nədə günahlandığı və harada saxlandığı barədə məlumatlandırılmalıdırlar. Amma İranda bir çox hallarda tutulan milli fəalların ailəsini nigaran saxlamaq üçün onların barəsində məlumatlar gizlədilir.