“Dövlət Suverenliyi Günü gələcək nəsillərə mesajdır”
19 Sentyabr 13:06
19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
4 Aprel 2022 12:39
23 177
Aprelin 3-də Təbrizdə bədbəxt hadisə baş verib. İdmançı Arəş Ağayi idman zallarından birində elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.
1992-ci ildə anadan olan və cüdo üzrə dəfələrlə İran çempionu olan Arəş Ağayi Asiya yarışlarında üçüncü yeri tutmuşdu.
O, bununla yanaşı dünya çempionatında da müxtəlif medallar qazanaraq Güney Azərbaycanda idman sahəsində tanınan simalardan biri sayılırdı.
Qeyd edək ki, İranın İdman Nazirliyi tərəfindən haqsızlıqlarla üzləşən güneyli idmançı Təbrizdə çörəkçi kimi fəaliyyət göstərmək məcburiyyətində qalmışdı.
Arəş Ağayi 2018-ci ildə Azərbaycan Respublikasının cüdo komandasına qoşulub və iki il müddətinə Azərbaycan Respublikasının cüdo üzrə milli komandasında təmsil olunub.
O, bir neçə dəfə mediaya verdiyi açıqlamada İran hökumətinin gənclər və idmanla bağlı siyasətini tənqid etdiyi üçün bir çox məhdudiyyətlərlə üzləşib.
İdmançının ölümü ilə bağlı güneyli sosial media fəalları etdikləri paylaşımlarda onun həyatını itirməsini şübhəli adlandırıb, idmançıya qarşı sui-qəsd ehtimalının araşdırılmasının istəyiblər.
Gunaz.tv
18 Sentyabr 16:47
1 148
18 Sentyabr 16:46
1 127
15 Sentyabr 13:41
2 296