Zənganda hava çirkliliyi təhlükəli səviyyəyə çatıb Güney Azərbaycan

Zənganda hava çirkliliyi təhlükəli səviyyəyə çatıb

Zəngan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin rəsmisi Elnaz Haşimi əyalətdə hava çirkliliyinin təhlükəli səviyyəyə çatdığını deyib.

Hava çirkliliyinin qeyri-adi səviyyədə yüksəldiyini deyən Haşimi əhalidən mümkün qədər açıq havaya çıxmamağı xahiş edib.

Onun sözlərinə görə, son iki gün ərazində hava çirkliliyinin göstəricisi 214 olub və bu bütün standart göstəricilərdən yüksəkdir.

Hesablamalara görə, havanın çirklənmə göstəricisi 0-dan 50-yə qədər təmiz hava, 50-dən 100-ə qədər sağlam hava, 100-dən 150-yə qədər qeyri-sağlam və həssas yaş qrupları üçün təhlükəli hava, 150-dən 200-ə qədər isə bütün yaş qruplar üçün qeyri-sağlam hava, 200-dən çox göstərici isə kritik hava çirkliliyi vəziyyətini göstərir.

Gunaz.tv