“Dövlət Suverenliyi Günü gələcək nəsillərə mesajdır”
19 Sentyabr 13:06
19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
8 Avqust 2022 11:52
19 530
Təbrizin İranın İslami Şura Məclisindəki nümayəndəsi, parlamentin Proqram və Büdcə Komitəsinin sədr müavini Seyid Məhəmmədrza Mirtacəddini qəribə iddia ilə çıxış edib.
Millət vəkili bildirib ki, İran və Rusiya arasında münasibətlərin inkişafı sanksiyaların təsirinin azalmasına səbəb olub
Bütün problemlərə baxmayaraq İranın inkişafa doğu getdiyini iddia edən Mirtacəddini İbrahim Rəisi hökuməti dövründə İranın Rusiya və Çinlə əlaqələrinin daha da dərinləşdiyini deyib.
"İran və Rusiya arasında iqtisadi, pul və bank əlaqələrinin genişləndirilməsi iqtisadi və bank sahəsində sanksiyaların təsirinin azaldılması üçün mühüm rol oynayıb"-deyə, mühafizəkar qanada bağlı parlament üzvü bildirib.
Qeyd edək ki, İranın iqtisadiyyat və maliyyə naziri Ehsan Xanduzi, Vladimir Putinin İrana səfəri zamanı Rusiya ilə ikitərəfli ticarətdə rublun xarici valyutalarla əvəzləndiyini açıqlayıb.
O, iyulun 26-da deyib ki, hökumətin iradəsinə əsasən, ikitərəfli və çoxtərəfli pul sazişlərinin bağlanması da daxil olmaqla, İran ilk addımı atıb və praktiki olaraq bu rublun İran valyuta bazarına daxil olması deməkdir.
Gunaz.tv
18 Sentyabr 16:47
1 246
18 Sentyabr 16:46
1 204
15 Sentyabr 13:41
2 415