Xoyda çörək tapılmır: Mağazaların qarşısında izdiham yaranıb Güney Azərbaycan

Xoyda çörək tapılmır: Mağazaların qarşısında izdiham yaranıb

Güney Azərbaycanın Xoy şəhərində çörək qıtlığı yaşanır.

Gunaz.tv

Bu barədə yerli sosial media fəalları məlumat yayıb.

Yayılan video görüntülərdə çörək sexləri və mağazalarının qarşısında uzun növbələrin yarandığı əks olunub.

Qeyd edək ki, oxşar problem bir neçə həftədir əyalət mərkəzi Urmu şəhərində də yaşanır.

Bundan öncə 2022-ci ildə un və un məmulatlarının qiymətində bir neçə dəfə artım qeydə alınıb.

Əlaqədar qurumlar çörəkçilərə un kvotasının verilməsində üzə çıxan problemlərin həllinə yardım ediləcəyini bildirib.

Lakin problem daha da dərinləşib və çörək mağazalarının qarşısında izdiham artıb.