18 Sentyabr 22:26
18 Sentyabr 16:26
3 Avqust 2023 11:25
7 301
Təbrizin İran parlamentindəki nümayəndəsi Əhməd Əlirzabeygi parlament seçkiləri başlamadan öncə daxili işlər naziri Əhməd Vəhidinin impiçment məsələsinin həll olunmasını tələb edib.
Gunaz.tv
O bu barədə Təbrizin yerli mediasına verdiyi açıqlamada deyib.
Əlirzabeygi bir neçə gün əvvəl DİN başçısının impiçmentdən yaxa qurtarmaq üçün məcburi hicab qaydaları məsələsini qabartdığını deyib.
"Nazir impiçmentdən qaçmaq üçün əxlaq polisi və hicabsızlıqla mübarizə məsələsini ortaya atıb. Onun dedikləri ilə xalqın istəkləri arasında böyük fərq var. Bu gün xalqın problemi hicbasızlıq deyil, məişət məsələləri, bahalıq, işsizlik və mənzil problemidir",- millət vəkili bildirib.
O, vətəndaşların prioritetləri ilə hökumətin prioritetlərinin üst-üstə düşmədiyini və bunun ölkədə daha ciddi problemlərin yaranmasına səbəb olacağını söyləyib.
18 Sentyabr 16:47
994
18 Sentyabr 16:46
966
15 Sentyabr 13:41
2 156