29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
24 İyun 2024 11:45
7 651
İyunun 23-də Təbrizin "Vadi rəhmət" qəbristanlığında azərbaycanlı mədəniyyət xadimi, musiqiçi və mədəni fəal Həsən Hergəlinin (Dəmirçi) anım mərasimi keçirilib.
Gunaz.tv
Bu barədə güneyli sosial media fəalları məlumat yayıb.
Anım mərasimində Həsən Hergəlinin ailə üzvləri, güney azərbaycanlı mədəniyyət xadimləri və mədəni fəallar iştirak edib.
Çıxışçılar onun fəaliyyətlərindən danışıb, Azərbaycan mədəniyyəti ilə bağlı əməyini yüksək qiymətləndiriblər.
Şair, musiqiçi və milli-mədəni fəal Həsən Hergəli (Dəmirçi) Azərbaycan türklərinin milli kimliyi və ana dili uğrunda apardığı mübarizəyə görə el arasında “Həsən Azərbaycan” kimi tanınırdı.
Həsən Dəmirçi 1941-ci ildə Təbrizdə anadan olub və Güney Azərbaycanda klassik və muğam musiqisi üzrə ən çalışqan mədəniyyət xadimlərindən biri olub.
Muğam musiqisi haqda bir neçə cild kitabın müəllifi olan Həsən Dəmirçi professor Məhəmmətağı Zehtabi ilə birlikdə 1986-cı ildə Təbrizdə “Azərbaycan Mədəniyyət Ocağı” Dərnəyinin qurucularından olub.
Həsən Dəmirçi Azərbaycan mədəniyyəti uğrunda apardığı fəaliyyətlərə görə dəfələrlə həbs edilib.
O, 23 iyun 2018-ci ildə müalicə olunduğu "Alinəsəb" xəstəxanasında 77 yaşında dünyasını dəyişib.
28 Avqust 10:48
1 750
25 Avqust 11:15
2 898
25 Avqust 11:13
2 786