29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
11 Dekabr 2024 14:22
10 997
Məhkəmənin qərarına baxmayaraq, Təbrizin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı idarəsinin əməkdaşları Əmrə Xansariyə kimlik verməkdən imtina edir.
Gunaz.tv
Bu barədə Balamın Adı kampaniyasına məlumatlı mənbə bildirib.
"Uşağın ata-anası ona türkcə sevgili, sevilən və istənən mənasını verən Əmrə adını seçib. Amma Təbrizin qeydiyyat idarəsinin Lalə şöbəsi bu ada doğum haqqında şəhadətnamə verməkdən imtina edib. Rəsmilər bu ad ad seçim sistemində olmadığı üçün ona doğum haqqında şəhadətnamə verə bilməyəcəklərini açıqlayıblar." - deyə məlumatda bildirilib.
Əmrənin valideynləri də idarədən Təbriz Baş Məhkəməsinin 18-ci şöbəsinə şikayət edib. Lakin Təbriz Vətəndaşlıq Dairəsi doğum haqqında şəhadətnamə vermək əvəzinə məhkəmənin qərarına etiraz edib və məhkəmə işini İnzibati Ədalət Məhkəməsinə göndərib. İnzibati Məhkəmə isə Əmrənin valideynlərinin şikayətini rədd edib.
Beləliklə bu tipli bürokratik əngəllər nəticəsində Əmrə artıq 5 aydır ki, doğum haqqında şəhadənamə ala bilmir.
28 Avqust 10:48
1 666
25 Avqust 11:15
2 821
25 Avqust 11:13
2 709