29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
10 Yanvar 2025 14:00
11 578
Ərdəbil şəhərinin Şorabil gölünün çirklənməsi nəticəsində ekoloji problem yaşanır və göldə yaşayan balıqlar, su canlıları məhv olur, göl ətrafında xoşagəlməz qoxu yayılır.
Gunaz.tv
Bu barədə yerli ekofəallar məlumat yayıb.
Məlumatın sosial şəbəkədə ictimailəşdirilməsindən sonra rəsmilər məsələni təsdiq edib.
Ərdəbil yalətinin Ətraf Mühitin Mühafizəsi Təşkilatının başçısı Həsən Qasımpur, problemin Şorabil gölünə dizel yanacağı buraxılması səbəbindən meydana gəldiyini söyləyib.
"Aparılan araşdırmalardan sonra məlum olub ki, Şorabil kanalının su anbarının yaxınlığındakı istehsalat qurğusundan dizel yanacağı yayılıb və bu, ətrafda xoşagəlməz qoxunun yayılmasına səbəb olub",- o bildirib.
Qeyd edək ki, İranda yeganə şəhər daxili təbii göl olan Şorabil Ərdəbil əyalətinin mühüm turizm imkanlarından biridir və təbii irs sahəsində xüsusi əhəmiyyət kəsb edir.
Şəhərin 3 kilometr güneyində, 1 kilometr uzunluğu, 500 metr eni və 180 hektar ümumi sahəsi olan göl dəniz səviyyəsindən 1350 metr yüksəklikdə yerləşir.
Geoloji tədqiqatların nəticələrinə görə Şorabil gölü Urmu gölündən daha qədimdir. Bu göl 2023-cü ilin iyun ayında İran milli əsərlər siyahısına salınıb
28 Avqust 10:48
1 652
25 Avqust 11:15
2 807
25 Avqust 11:13
2 702