29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
14 Fevral 2025 14:50
12 943
Şərqi Azərbaycan Əyalətinin Ətraf Mühitin Mühafizəsi bölməsinin Baş direktoru Məhəmmədhüseyn Həsənzadə Urmu gölünün vəziyyətini kritik hesab edib və vurğulayıb ki, Urmu gölünün xilası Azərbaycanı ekoloji, iqtisadi, sosial və kənd təsərrüfatı sahələrində inkişaf etdirməyin yeganə yoludur.
Gunaz.tv
"Hazırda göl yatağında bir milyard kubmetrə yaxın su var ki, bu da təbii səviyyədən çox aşağıdır və fəlakətin dərinliyi çox böyükdür." - bu sözləri Məhəmmədhüseyn Həsənzadə İRNA-ya deyib.
O, Urmu gölünün hazırkı vəziyyətini kritik hesab edərək, bərpa planlarının tez bir zamanda həyata keçirilməsinin vacibliyini vurğulayıb:
“Son illərin təcrübələrini nəzərə alsaq, gölü bərpa etməkdən başqa çarəmiz yoxdur və bu arada suyun həddini normal səviyyəyə çatdırmalıyıq ki, bu da lazımi maliyyə vəsaitinin kəsilməsi kimi halların yaşanması ilə mümkün olmayacaq."
Həsənzadə Urmu Gölü Bərpa Komitəsinin 2011-cı illərdən etibarən fəaliyyətinə toxunaraq əlavə edib: Bu komitənin planları vaxtında və mütəxəssislərin istədiyi şəkildə həyata keçirilməsə də, akademik və elmi-tədqiqat müəssisələrinin apardığı araşdırmalar gölün bərpasının mümkünlüyünü açıq şəkildə göstərir.
Onun sözlərinə görə, Urmu gölünün xilası ölkənin şimal-qərb bölgəsini ekoloji, iqtisadi, sosial və kənd təsərrüfatı sahələrində inkişaf etdirməyin yeganə yoludur.
28 Avqust 10:48
1 645
25 Avqust 11:15
2 807
25 Avqust 11:13
2 695