 
                
                Polşa Avropa İttifaqından çıxmaq imkanını qəbul edib
31 Oktyabr 17:08
 
                
                31 Oktyabr 17:08
 
                
                31 Oktyabr 16:39
 7 Mart 13:49
7 Mart 13:49 10 906
10 906
Evin həbsxanasında saxlanılan altı azərbaycanlı fəal Ayaz Seyfxah, Araz Aman, Mürtəza Pərvin, Tahir Nəqəvi, Bağir Hacızadə və Əbdüləziz Əzimi Qədimin qanunsuz həbs edilməsindən 14 ay ötür.
Gunaz.tv
Yayılan məlumatlara görə, cənab Əzimi Qədim martın 2-dən məhkəmənin müstəqil olmamasına və Kəşfiyyat Nazirliyinin məhkəmə işlərinə müdaxiləsinə etiraz olaraq aclıq aksiyasına başlayıb.
Məlumatlı mənbələr Evin həbsxanasında geniş yayılan “qaşınma” xəstəliyinin baş verdiyini də bildirirlər, eyni zamanda məhbusların dəfələrlə dərman preparatlarının vurulması ilə bağlı müraciətləri indiyədək cavabsız qalıb.
Qeyd edək ki, fevralın 5-i və 7-i, 2024-cüq ildə Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Tehran, Kərəc, Ərdəbil, Təbriz, Rəşt, Xiyav (Meşginşəhr), Urmu, İslamşəhr və Astarada 30-a yaxın türk fəal kəşfiyyat qüvvələri tərəfindən məhkəmə qərarı olmadan həbs edilib.
Bu fəallar “daxili və xarici təhlükəsizliyə qarşı cinayətlər törətmək üçün toplaşmaq və sövdələşmək”, “İslam Respublikasına qarşı təbliğat” və “casusluq” ittihamları ilə mühakimə olunublar. Onlar Tehran İslam İnqilabı Məhkəməsinin hakimi Əbülqasim Sələvatinin qərarı ilə ağır həbs cəzaları alıblar.
 31 Oktyabr 10:42
31 Oktyabr 10:42 1 239
1 239 31 Oktyabr 10:41
31 Oktyabr 10:41 1 239
1 239 29 Oktyabr 12:10
29 Oktyabr 12:10 2 303
2 303 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
        
         
                     
                     
                     
                    