28 Avqust 14:41
28 Avqust 13:48
Əlcəzairdə son 24 saatda baş verən 174 yanğından 64-ü davam edir
Türkiyə səfirliyində 30 avqust - Zəfər bayramı münasibətilə tədbir keçirilib
Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi: Özbaşına tikintiyə mülkiyyət hüququ yaranmır -MÜSAHİBƏ
İşğaldan azad edilmiş ərazilərdə daha 40-dək şəxs üçün kiçik ailə biznesləri yaradılıb
29 May 2025 12:46
10 752
Tikantəpədə Haçadağı və Əfşar dağlarının türkcə yer adları dəyişdirilməyə çalışılır.
Gunaz.tv
Dövlət orqanlarının icazəsi ilə Tikantəpə şəhərində fəaliyyət göstərən “Havaşar-Haval” adlı Telegram və İnstaqram kanalı türkcə yer adlarını sistemli şəkildə təhrif edir.
Kürd terror qruplaşmalarını dəstəkləyən bu media orqanı Əfşar türk boyunun adını saxta “Havaşar” adı ilə dəyişdirməklə yanaşı, son zamanlar “Haçadağı” dağının türkcə adını saxta “Duhaçe” adı ilə təhrif edib.
Qeyd edək ki, loqosunda Suğurlunun (Süleyman taxtı) şəklinin də yer aldığı və PJAK terror qruplaşmasının bayrağının rəngləri ilə bəzədilmiş bu media orqanı dövlət orqanlarının rəsmi icazəsi ilə fəaliyyət göstərir və agentləri “jurnalist” adı altında şəhər inzibati iclaslarında iştirak edir və dövlət rəsmiləri tərəfindən təqdirə layiq görülürlər.
Bundan başqa, bir neçə gün əvvəl kürd mühacirlər Sayın Qalanın “Qara Daş” dağının türkcə adını kürdcəyə çeviriblər.
Xatırladaq ki, Kürd ekstremist və terrorçu qruplaşmaları tarixi Azərbaycan torpaqlarının işğalını qanuniləşdirmək üçün bu bölgələrin türkcə adlarını təhrif etməyə və dəyişdirməyə çalışırlar.
2024-də Azərbaycanın Salmas rayonunun “Ağ Bulaq” kəndinin kənd başçısı bu kəndin türkcə adını dəyişərək kürdcə saxta “Kani Sefid” adı ilə əvəz edib.
28 Avqust 10:48
910
25 Avqust 11:15
2 121
25 Avqust 11:13
1 981