Astaralı türk reper Əmir Mehdi Rəcəbi həbs edilib Güney Azərbaycan

Astaralı türk reper Əmir Mehdi Rəcəbi həbs edilib

Astaralı, "Bengard" kimi tanınan reper Əmir Mehdi Rəcəbi 20 yanvar 2026-də şəhər kəşfiyyat idarəsinə çağırıldıqdan sonra həbs edilib.

Gunaz.tv

Gənc sənətçiyə yaxın mənbələr bildiriblər ki, 7, 8 və 9 yanvarda keçirilən etiraz aksiyaları zamanı ona "bankı yandırmaq", "Molotov kokteyli hazırlamaq" və "zabitlərlə fiziki toqquşma"nı etiraf etməyə məcbur etmək üçün təzyiq göstərilib və o döyülüb.

21 yaşlı Azərbaycanlı sənətçisi haqqında məlumatlı şəxs onun ağır psixoloji təzyiq altında olduğunu, "hələ də normal vəziyyətinə qayıtmadığını" söyləyir. O, işə gedə bilmir və normal həyatı pozulub.

Əmir Mehdi Rəcəbi tikinti işçisidir, eyni zamanda rep musiqisi yazır, bəstələyir və oxuyur. O, əvvəllər 2023-ci ildə hərbi formada sərbəst hərəkət etdiyinə görə kəşfiyyat xidməti tərəfindən bir ay saxlanılmışdı. Bundan sonra Silahlı Qüvvələr Prokurorluğu onu çağıraraq gənc reperə 3 ay əlavə xidmət və 27 milyon tümən cərimə cəzası verdi.