GADP sözçüsü Mahmud Bilgin Dünya Ərəblərinin Konfransına qatılıb Güney Azərbaycan

GADP sözçüsü Mahmud Bilgin Dünya Ərəblərinin Konfransına qatılıb

Ərəb ölkələri Güney Azərbaycandakı Milli Azadlıq hərəkatını dəstəkləyirlər.
Keçəh həftə dünya ərəbləri Əl-Əhvaz ərəblərinin müdafiəsi üçün Amsterdam şəhərində bir araya gələrək iki günlük konfrans keçiriblər.Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin və Güney Azərbaycan Alyansıda bu tədbirə dəvət olunublar.
Konfransda İranda yaşayan qeyri fars millətlərin zülm altında yaşadığını,hüquqlarının tapdalandığı,dil haqlarının əlindən alındığı və s. vurğulanıb, bir sıra digər məsələlər qaldırılıb.
200 nəfərin iştirak etdiyi konfransa Güney Azərbaycanın təmsilçisi kimi qatəlan cənab Mahmud Bilgin konfransda çıxışı zamanı Güney Azərbaycanın problemləri,Urmiya gölünün qurudulması,siyasi məhbusların vəziyyəti və Yeni GAMOh sədri Lətif Həsənlinin Təbriz zindanında aclıq aksiyası keçirməsi haqda tədbir iştirakçılarına məlumat verib. Bundan əlavə onun çıxış mətni bütün tədbir iştirakçılarına yazılı olaraq da paylanılıb. Mahmud Bilginin çıxışından sonra Kuveyt nümayəndə heyyətinin üzvü Xalid Tabatabai çıxış edərək bildirib ki,"İran dünyada şiəlikdən danışır, amma şiə Azərbaycana qarşı Ermənistana yardım edir ".
Həmin gün Mahmud bəy Səudiyyə Ərəbistanın Əl-Əxbar televiziyasınada müsahibə verib.
Konfransın işi zamanı Fələstin, Suriya ,Livan (Lubnan), İraq və Bəhreynin parlament nümayəndələri ilə görüşlər keçirən cənab Bilgin Kuveyt və Əlcəzirədən gələn heyyətlərlə də fikir mübadiləsi aparıb.Onun orada iştirak edən digər təşkilatlarla da görüşləri olub. Əl-Fəth Fələstin Cunbuşu, Suriyanın Azarlıq Əsgəri Cəbhəsi, Lübnanın Liberal Partiyasının, eləcə də İraq müqavimət təşkilatının nümayəndələri ilə keçirilən özəl görüşlər daha səmərəli olub.