Azərbaycanlı fəala 13 il həbs cəzası verildi Güney Azərbaycan

Azərbaycanlı fəala 13 il həbs cəzası verildi

Güney Azәrbaycanın milli-mәdәni fәalı vә Tehran “traktorçu”larının həbsdə olan lideri Kazım Səfabәxşə hökm oxunub.
Tehranın inqilab mәhkәmәsinin 28-ci şöbәsindә hakim Mәqisәnin rəhbərliyi ilə keçirilən məhkəmə prosesində Safabəxş 13 il müddətinə azadlıqdan məhrum edilib.
O, ayrı-seçkilik, qrup yaratmaq, nizam əleyhinə və mədəni fəaliyyətlərdə ittiham olunub.
Xatırladaq ki, fəal bir neçə ay öncə Tehran şəhərində həbs edilmişdi.