İranda hüquq müdafiəçisi tutulub Güney Azərbaycan

İranda hüquq müdafiəçisi tutulub

İranda hüquq müdafiəçisi Məryəm Sadat Yəhyəvi tutulub.
"Media forum" saytının məlumatına görə, İranın xüsusi xidmət orqanı olan ETTELAAT-ın Tehran şöbəsinin əməkdaşları xərçəng xəstəliyindən əziyyət çəkən Məryəm Sadat Yəhyəvini noyabrın 2-də evində tutub bilinməz istiqamətə aparıblar. Evdə yoxlama aparılıb, hüquq müdafiəçisinə məxsus bir sıra əşyalar götürülüb.
Məryəm Sadat Yəhyəvinin nədə günahlandırıldığı bilinmir.
Məryəm Sadat Yəhyəvi vətəndaş hüquqları uğrunda apardığı dinc fəaliyyətə görə 2010-cu ildə tutulub bir ay zindanda saxlanmışdı. Tehran məhkəməsi onu ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və qanunsuz toplantılara qatılmaqda təqsirli bilərək 3 il həbsə məhkum etsə də, apellyasiya instansiyası həbs müddətini 1 ilə endirmişdi. Eyni zamanda Məryəm xərçəng xəstəsi olduğuna və müalicə aldığına görə onun həbsi mülk girovu qarşılığında şərti cəza ilə əvəzlənmişdi.