Milli Azadlıq Hərəkatının simgəsinə çevrilmiş “Traxtur” takımı “İstiqlal”la oynadıqdan sonra 2 ay tamaşaçısız yarışacaq Güney Azərbaycan

Milli Azadlıq Hərəkatının simgəsinə çevrilmiş “Traxtur” takımı “İstiqlal”la oynadıqdan sonra 2 ay tamaşaçısız yarışacaq

"Traxtur" takımı 5-ci gün (cümə günü) Tehranın "İstiqlal" takımı ilə qarşılaşacaq. Bu müsabiqə Futbol Federasiyası İnzibati Komitəsinin qərarına əsasən tamaşaçısız keçirilməli idi, lakin "Traxtur" klubunun etirazı nəticəsində qərar dəyişdi. Artıq İran üzrə futbol klublarının super liqa rəqabətlərinin 14-cü həftəsində keçiriləcək "Traxtur-İstiqlal" müsabiqəsində, tamaşaçızların iştirakına qadağa qaldırılıb.
Bu günə qədər olan məlumatlar göstərir ki, "Traxtur-İstiqlal" müsabiqəsindən sonra "Traxtur"un öz meydanında keçirəcəyi birinci müsabiqədən tamaşaçıların iştirakına dair çıxarılan qadağa qərarı icra olunacaq və bu 2 ay müddətinə davam edəcək. Lakin komitə rəyini dəyişərsə "Traxtur" tərəfdarları tamaşaçı qismində müsabiqələrdə iştirak edə biləcəklər.
Qeyd edək ki, "Traxtur" müsabiqələrində azərbaycanlılar tərəfindən müxtəlif milli və mədəni şüarlar səsləndirilir və Azərbaycanın demokratik hüquqları tələb olunur. Bu səbəbdən İran rejimi üçün potensial suçlu sayılan "Traxtur" takımı hər bir fürsətdə cəzalanıdıırılır və İnzibati Komitənin bu dəfəki qərarı birinci deyil.