Milli-mədəni fəal Kiyanuş Aslani məzuniyyətə buraxılıb Güney Azərbaycan

Milli-mədəni fəal Kiyanuş Aslani məzuniyyətə buraxılıb

O, yüksək məbləğdə girov qarşılığında bu hüququndan istifadə etməyə nail olub.

Tehranın Evin həbsxanasında saxlanılan milli-mədəni fəal, siyasi məhbus Kiyanuş Aslani bu gün aprel ayının 21-də 350 milyon tümənlik girov qarşılığında 20 günlük məzuniyyətə buraxılıb.

Azərbaycanlı fəal Kiyanuş Aslani Tövhid Əmir Əmini ilə birlikdə 2019-cu il fevralın 21-də Beynəlxalq Ana Dili Günü münasibəti ilə Tehranda keçirilən aksiyada saxlanılıb.

Aksiyada posterlər payladıqları üçün İran rejimin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Onlar “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə” və “sistemin əleyhinə təbliğat aparmaq”da ittiham edilib, Tehran İnqilab Məhkəməsində mühakimə olunub.

Əmir Əmini 7 il 6 ay, Aslani isə 5 il həbsə məhkum olub. Bundan əlavə, Kiyanuş Aslani 2 il müddətinə bütün qeyri-hökumət təşkilatlara üzv olmaq hüququndan məhrum edilib.

Qeyd edək ki, İranda koronovirusun dördüncü dalğasının başlaması və həbsxanalara sıçraması məhbusların həyatlarının təhlükədə olması ilə bağlı qayğıları artırıb.

Ölkənin müxtəlif həbsxanalarında saxlanılan Güney azərbaycanlı milli-mədəni fəallar Abbas Lisani, Siyamək Mirzayi, Əli və Rza Vasiqi qardaşları, Mehrdad Şeyxi, Həmid manafi Nadarlı, Yusif kari, Tohid Əmir Əmini, Salar Tahir Əfşar və b. tibbi xidmətlər və müayinədən məhrum vəziyyətdə məhkumluq dövrlərini yaşayırlar.

İnsan haqları və məhbusların hüquqlarını müdafiə edən qurumların bildirdiyinə görə, yetərli tibbi imkanların olmaması, həbsxana və məhkəmə sistemi rəhbərlərinin siyasi məhbusların talelərinə qarşı laqeyd yanaşması İran həbsxanalarında koronavirusun geniş yayılmasına, bu isə qarşsıalınmaz faciələrə səbəb ola bilər.

Gunaz.tv