
“Proseslər getdikcə daha kəskin hal alır”
18 Mart 14:07
18 Mart 14:07
17 Mart 14:16
17 Mart 11:36
17 Mart 10:40
Güney Azərbaycanın tanınmış yazıçısı Mehdi Səlimi məhkəməyə çağrılıb.
Ona gələn bildirişdə qeyd olunur ki, məhkəmə iclası 10 may 2021-ci ildə Tehran şəhərinin İnqilab Məhkəməsinin 26-cı şöbəsində keçiriləcək.
Ona qarşı "rejim əleyhinə təbliğat aparmaq, insanları əxlaqsızlığa sövq etmək, ölkənin təhlükəsizliyinə qarşı cinayət törətməkdə iştirak etmək və dini müqəddəsləri təhqir etmək” kimi ittihamlar irəli sürülüb.
Yazıçı cinsiyyət nəzəriyyəsi (teorisi) barədə tanınmış dünya alimlərinin əsərlərindən tərcümələr etdiyi və bir sıra elmi və tədqiqat məqalələri yazdığı üçün “əxlaqsızlığı yaymaqda” günahlandırılır.
İyulun 7-i 2020-ci ildə, Əhər şəhərindəki ata evində həbs edilən milli fəal 17 avqust 2020-ci il tarixində 500 milyon tümənlik zəmanət qarşısında sərbəst buraxılıb.
Səlimi saxlanıldıqdan sonra Təbrizə, daha sonra Evin həbsxanasında Kəşfiyyat Nazirliyinə aid 209-cu bölməyə aparılmışdı. Azərbaycanlı yazıçı iki həftə həmin bölmədə dindirildikdən sonra həbsxananın ümumi bölməsinə köçürülüb.
Səlimi saxlanıldığı vaxt ona aid bir sıra şəxsi əşyalar, o cümlədən mobil telefonu, kompüter və yazıları müsadirə edilmişdi.
Qeyd edək ki, 1984-cü il təvəllüdlü Səlimi Yəzd Universitetində təhsil alıb. Əvvəllər “Zoğal” onlayn jurnalının baş redaktoru, “Mindmotor” saytının müdiri olan azərbaycanlı yazıçı bir çox kitab və məqalələr tərcümə edib.
Yazıçının “nəzəri zorakılıq” adlı məqalə toplusu və “Siyavuşlar mərsiyəsi” adlı uzun romanı çap edilib.
Səlimi həmçinin bir sıra roman, fəlsəfə kitabları ilə bağlı məqalələr və şərhlər yazıb.
Gunaz.tv