"Avropaya açılan qapı olan Ermənistan bizim üçün bir fürsətdir"- İranlı nazir Güney Azərbaycan

"Avropaya açılan qapı olan Ermənistan bizim üçün bir fürsətdir"- İranlı nazir

Ermənistan səfəri başa vurduqdan sonra İranın Yollar və Şəhərdalma naziri Məhəmməd İslami mayın 25-də “Nurduz” gömrük məntəqəsindən görüş keçirib.

Nazir İran, Şərqi Azərbaycan və Ermənistan arasında münasibətlərin və hər tərəfli əlaqələrin genişləndirilməsinin vacibliyindən danışıb.

Məhəmməd İslami Ermənistanın yol, nəqliyyat sahəsində əsaslı infrastruktur dəyişikliyi və yenidənqurma işlərinə başladığını, Ermənistan rəhbərliyinin bu işdə Şərqi Azərbaycan və İran şirkətlərinin iştirakını istədiklərini bildirib.

“Ermənistan İran üçün hər zaman əbədi və güvəniləsi tərəfdaş olub, müxtəlif şərayitlərdə İranla inamlı və özəl münasibətlər qurub, İranda Ermənistanla əlaqələrin genişləndirilməsinə xüsusi önəm verir”- "İSNA" informasiya agentliyinin verdiyi xəbərə görə, İranlı nazir Ermənistana səfərinin nəticələrindən danışarkən bildirib.

O, səfəri zamanı iki ölkə arasındakı əlaqələrin daha da genişlənməsinə dair bir sıra məsələlərin müzakirə edildiyini, əməkdaşlıq barədə 3 yeni sənədin imzalandığını və iki ölkə arasında illik ticarət dövriyyəsinin 1 milyard dollara yüksəldilməsi barədə razılığa gəlindiyini deyib.

İki ölkə arasında ortaq komitənin qurulmasına toxunan nazir deyib: "Mövzulardan biri bu ortaq komitə çərçivəsində texniki mühəndis xidmətlərinin ixracı, yol, magistral yolları, dəmir yolu, körpü və tunellərin tikintisi, lojistik mərkəzlərin qurulmasıdır. Bunlar iki ölkə arasında malların mübadiləsi və tranzit daşımalarının genişləndirilməsində böyük rol oynayacaq”.

Məhəmməd İslami iki ölkə arasında qarşılıqlı rüsumların azaldılması məsələsinə də toxunub.

"İki ölkə arasında nəqliyyatın hərəkətinin asanlaşdırılması və hər iki tərəfin sürücülərinin İran və Ermənistan yollarından istifadə etməsi üçün minimum rüsum səviyyəsini təyin etmək üçün bir anlaşma memorandumu imzalayacağıq”-deyə, artırıb.

Nazir Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan son anlaşmaya da münasibət bildirib.

Təbriz-Culfa-Naxcıvan-İrəvan-Tiflis qatarının işə başlaması haqqında Ermənistan tərəfi ilə faydalı danışıqlar apardıqlarını söyləyib.

O, Ermənistanı Avrasiya məkanında təsir gücünə malik ölkə və Avropaya açılan qapı kimi dəyərləndirib, bunu İran tacirləri üçün önəmli fürstət adlandırıb. M.İslami Ermənistan iş adamlarının Şərqi Azərbaycan əyalətində sərmayə qoymaq arzusunda olduqlarını deyib.

Gunaz.tv