Həmədanın tarixi quruluşu məhv edilib Güney Azərbaycan

Həmədanın tarixi quruluşu məhv edilib

Həmədanın tarixi quruluşunun bir hissəsi məhv edilib. Bu barədə Həmədan İslam Şurası Araşdırmalar Mərkəzinin rəhbəri Rizvan Salmasi məlumat verib.

O, bildirib ki, buna səbəb son illər verilən yanlış qərarlar olub.

Həmədan İslami Şurasının beşinci dövrü ilə bağlı hesabat yığıncağında danışan Rizvan Salmasi bu məsələ ilə bağlı mövcud olan problemlərdən bəhs edib.

"Bu məsələ ilə bağlı yeni qanunlar qəbul edildi. Köhnə qanunlar yeni qərarların təsiri altında qaldı. Bu isə əhalinin narahatlığına səbəb oldu. Əlaqədar məsullar bununla bağlı addımlar atmaq istəsələr də, bu, mümkün olmadı”-deyə, o, bildirib.

Onun dediyinə görə, Həmədan şəhərinin quruluşu ilə bağlı problemlərini həll etmək üçün Kaşan, Yəzd və İsfahan kimi şəhərlərdə tətbiq edilən metod və təcrübələrindən istifadə etmək mümkündür.

Salmasi əlavə edib ki, Həmədan şəhərinin tarixi hissəsinin quruluşunun qorunub saxlanılması iqtisadi baxımdan da bu şəhərin xeyrinə ola bilər. Bu, bölgəyə turistlərin cəlb edilməsi və bölgənin iqtisadi inkişafı üçün çox önəmlidir.

Gunaz.tv