“Dövlət Suverenliyi Günü gələcək nəsillərə mesajdır”
19 Sentyabr 13:06
19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
16 İyul 2021 17:42
54 810
“Facebook” şirkəti iranlı hakerlərə aid 200 hesabı blokladığını açıqlayıb.
Bu hakerlər, yüksək əmniyət düzeyli kiber əməliyyatla Amerika hərbçilərini, habelə bu ölkənin müdafiə və aerokosmik texnologiyası sahəsində çalışan şəxsləri hədəfə alırmış.
Təhükəsizlik mütəxəssislərinin “Tısbağa çanağı” (Tortoise Shell) adlandırdığı bu haker qruplar ictimai şəbəkələrdə yalançı obrazlar oluşdurmaqla hədəf aldıqları şəxslərlə təmas qurub, bir neçə ayda onların güvənini qazanmaqla onları dağıdıcı linkləri olan və istifadəçilərin cihazlarına casus-proqram göndərə bilən veb-səhifələrə yönəldirmişlər.
"Radio fərda" saytı xəbər verir ki, araşdırmalara görə, Tehranda yerləşən və “Sepah”la bağlı olan “Məhək Rayan Əfzar” şirkəti zərərli proqramlar hazırlayırmış.
Ötən il isə kiber təhlükəsizlik üzrə “Rekord Fyuçer Şirkəti” bildirib ki, “Məhək Rayan Əfzar” şirkəti “Sepah”ın xarici qanadı olan "Qüds" briqadasının podratçılarından biridir.
“Reuters”in məlumatına görə, İranın BMT-dəki nümayəndəsi bununla bağlı suala cavab verməkdən yayınıb.
Gunaz.tv
18 Sentyabr 16:47
1 162
18 Sentyabr 16:46
1 134
15 Sentyabr 13:41
2 310