4 May 2022 08:27
10 500
İngiltərənin "Liverpul" futbol klubu UEFA Çempionlar Liqasının finalına yüksəlib.
"Mersisaydlılar" ikinci yarımfinal görüşündə İspaniyanın "Vilyarreal" klubunu üstələyiblər.
Doğça divarlar arasında 2:0 hesabı ilə qalib gəlmiş Yurgen Kloppun yetirmələri səfər oyununda əzmkar qələbəyə imza atıblar - 3:2.
Hesabı 3-cü dəqiqədə "Vilyarreal"ın hücumçusu Bulaye Dia açıb. 41-ci dəqiqədə Fransis Koklin fərqi artırıb.
Fasilədən sonra "Liverpul" dönüş etməyi bacarıb. Fabinyo 62-ci, Luis Dias 67-ci, Sadio Mane isə 74-cü dəqiqələrdə fərqləniblər.
"Liverpul"un rəqibi İspaniyanın "Real Madrid" və İngiltərənin "Manşester Siti" komandaları arasında keçiriləcək digər cavab yarımfinal görüşünün qalibi olacaq.
25 Sentyabr 15:27
1 484
25 Sentyabr 10:24
1 512
24 Sentyabr 16:18
1 869