16 Avqust 2022 08:20
9 562
Beynəlxalq Futbol Federasiyası (FİFA) Şurasının Bürosu Hindistan Futbol Federasiyasının təşkilata üzvlüyünü dayandırıb.
Bu barədə FİFA-nın mətbuat xidmətindən bildirilib.
Qərar yekdilliklə üçüncü tərəflərin qeyri-qanuni təsiri səbəbindən qəbul edilib ki, bu da FİFA nizamnamələrinin ciddi şəkildə pozulması deməkdir.
Üzvlüyün dayandırılması o deməkdir ki, 2022-ci il oktyabrın 11-dən 30-dək Hindistanda keçiriləcək 17 yaşadək qadınlar arasında 2022-ci il Dünya Çempionatı hazırda həmin ölkədə keçirilə bilməz.
Xatırladaq ki, martın 31-də konqresin yekunlarına əsasən FİFA Pakistan, Keniya və Zimbabve futbol federasiyalarının üzvlüyünü dayandırıb.
16:33
791
14:06
875
24 Mart 17:43
1 316