IV Bakı Təhlükəsizlik Forumu: ümumi mənzərə və mühüm amillər
23 Sentyabr 23:37
23 Sentyabr 23:37
23 Sentyabr 23:29
23 Sentyabr 23:17
6 Dekabr 2024 16:36
5 159
"Müalicə, bərpa prosesi normal davam edir. Hər şey yaxşıdır".
AZƏRTAC xəbər verir ki, bu sözləri “Kəpəz”in futbolçusu İlkin Qırtımov klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Diz oynağındakı zədəsi səbəbindən cərrahiyyə əməliyyatı olunan təcrübəli müdafiəçi müvafiq tibbi prosedurlara əməl etdiyini bildirib: "Davamlı müayinə olunuram. Şükürlər olsun ki, ilk vaxtlar şiş olmadı. Əməliyyat uğurlu alınıb. Həkimlərin dediyi qaydada dizimi məşq etdirirəm. İnanıram ki, işlər arzuladığımız şəkildə gedəcək".
Futbolçu onunla maraqlananlara, xüsusilə də azarkeşlərə təşəkkür edib: "Ürəyi "Kəpəz" ilə döyünən bütün azarkeşlərimizə minnətdaram. İlk gündən dəstək verdilər. Onlar üçün dəyərli olduğumu hiss etdim. Komanda yoldaşlarım, klub rəhbərliyi də vəziyyətimi diqqətdə saxlayır, qayğı göstərir. Əlimdən gəldiyi qədər məşqlərə tez qoşulmağa çalışacağam ki, komandamın yanında olum və "Kəpəz"ə təcrübəmlə kömək edim".
23 Sentyabr 14:03
889
23 Sentyabr 12:38
847
22 Sentyabr 13:40
1 225