Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib
Hörmüz boğazında yeni dövr: Gəmiçilik gəlirləri İran və Oman arasında bölünəcək
AZAL uçuş dəyişiklikləri ilə bağlı sərnişinlərə müraciət edib
İranda ABŞ zərbələrindən sonra ordunun imkanlarının bərpa olunduğu bildirilib
16:19
392
İran yeni hərbi texnika əldə edib və zədələnmiş hərbi infrastrukturu bərpa edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə çərşənbə günü İran Silahlı Qüvvələrinin nümayəndəsi briqada generali Məhəmməd Əkrəminiya bildirib.
"Biz yeni avadanlıqların alınması üçün tədbirlər gördük və onlar bu gün daxil oldu", — deyə o, "Mehr" agentliyinə müsahibəsində deyib. Məlumatda Tehranın məhz nə aldığı dəqiqləşdirilmir.
Bundan əlavə, onun sözlərinə görə, Tehran "hərbi imkanlarını gücləndirib", silahlı münaqişə zamanı zədələnmiş hərbi infrastrukturu bərpa edib.
Əkrəminiya həmçinin ABŞ ilə atəşkəs dövründə aparılan hazırlıq hesabına İran Silahlı Qüvvələrinin möhkəmləndiyini bildirib.
İran SQ-nin nümayəndəsi qeyd edib ki, hərbi əməliyyatlar bərpa olunacağı təqdirdə İran müdafiə strategiyasından hücum strategiyasına keçəcək və bu, onun sözlərinə görə, təhdidlərin qarşısını almağa imkan verəcək.
Məryəm Quliyeva