Azərbaycan basketbol millisi İslandiya ilə qarşılaşacaq İdman

Azərbaycan basketbol millisi İslandiya ilə qarşılaşacaq

Bu gün qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2029-cu il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti matçını keçirəcək.

Milli komanda III turda İslandiya yığmasının qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələsində keçirdiyi əvvəlki görüşlərdə İrlandiyaya 73:91, İsveçrəyə isə 33:84 hesabı ilə uduzub.

FİBA Avropa çempionatı

A qrupu, 3-cü tur

17 noyabr

23:30. İslandiya – Azərbaycan

Hafnarfyordür. "Asvellir" İdman Kompleksi.

Xallar: İslandiya – 4, İrlandiya – 3, İsveçrə – 3, Azərbaycan – 2.