11 İyul 18:36
17 Aprel 2020 10:12
8 995
İtaliyada futbol azarkeşlərinin stadionlara girişinə uzunmüddətli qadağa qoyulacaq.
Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, koronavirus pandemiyası üzündən tamaşaçılar 2021-ci ilin martına qədər oyunları izləyə bilməyəcək.
Martın 10-da dayandırılan A seriyasının klublarının mayın 4-də məşqlərə başlayacağı gözlənilir. Çempionatın isə mayın 30-31-də bərpası planlaşdırılıb.
Qeyd edək ki, A seriyasında 63 xala malik “Yuventus” liderdir. İkinci pillədə qərarlaşan “Latsio” 1 xal geri qalır.
13:07
861
10:24
945
11 İyul 20:37
1 722