Yılmaz Vural Azərbaycan yığmasına gətirilir? İdman

Yılmaz Vural Azərbaycan yığmasına gətirilir?

Yılmaz Vural: "Azərbaycan futbolunun inkişafı və yığmanın uğur qazanmasına nail ola bilərik"

Məşhur Tükiyəli Futbol mütəxəssisi Yılmaz Vuralın Azərbaycan yığmasını çalışdıracağı ilə bağlı məlumatlar yayılıb. Yılmaz Vural bunun doğru olub olmaması ilə bağlı məsələyə BayMediaya eksklüziv müsahibəsində aydınlıq gətirdi.

- Bəli, Türkiyə mediası bu barədə yazıb...
- Rəsmi təklif gəlibmi sizə?
- Xeyr. Mənə rəsmi təklif göndərilməyib.
- Sizin öz münasibətiniz necədir bu məsələyə, Azərbaycan millisini çalışdırmaq barədə düşüncələriniz necədir?
- Azərbaycan Millisi yaxşı komandadır və müəyyən səviyyəyə gəlib çatıb. Futboldan savayı biz həm də eyni millətik, eyni dili danışırıq, eyni dinin daşıyıcılarıyıq , qardaş ölkələrik. Azərbaycanda olmuşam və oranı öz vətənim hesab edirəm. Azərbaycan futbolunun inkişafı türk futbolunun inkişafı deməkdir. Azərbaycan yığması qələbələr qazanarsa daha bir türk bayrağı yüksək yerlərdə dalğalanacaq. Bu komandanı çalışdırmaq təbii ki mənim üçün xoş olar.
- Azərbaycan Milli Komandasınını baş məşqçisi olsanız komandanı irəliyə apara bilərsinizmi?
- Bu işlər çalışma ilə mümkündür. Çox şükür, təcrübəmiz uğur qazanmağa imkan verir. Bilirsiniz ki, mən Almaniyada da məşqçilk etmişəm. Dünya və Avropa futbolunu çox yaxşı bilirəm. Azəraycan Türkiyəyə yaxin bir məmləkətdir və burada işləmək mənim üçün daha asan olar. Hesab edirəm ki, burada müəyyən işlər görə bilərik. Azərbaycan futbolunun inkişafı və yığmanın uğur qazanmasına nail ola bilərik.
- Azərbaycan futbolunu izləyirsinizmi?
- Bəli, izləyirik. Türkiyəli dostlarım Azərbaycan futbolunun inkişafı ümumnən çalışırlar, orada fəaliyyət göstəririlər. Onlarla da əlaqələrim var və mütəmadi olaraq maraqlanırıq. Buradan da təqib edirik. Onlarla bir araya gələrkən də Azərbaycan futbolunu müzakirə edirik. Hesab edirəm ki, Azərbaycan futbolu inkişaf dövrünü yaşayır. İstedadlı gənc futbolçular yetişir. Demək olar ki, yığma üçün normal baza formalaşır və bu proses getdikcə daha da yaxşılaşır.

Əli Zülfüqaroğlu
Elnur Eltürk